…İnsanlara güllələnmə verib, sonradan qərarları dəyişiblər

etimad ismayılovEtimad İsmayılovdan «Putinin dostu» kimi tanınan İlham Rəhimova ağır ittiham:

 Məni düşündükləri kimi asanlıqla silə bilmədilər…

 Mən uduzmadım

 Artıq əvvəlki Etimad yoxdur, başqa bir Etimad var…

 İlham Rəhimovun nailiyyətləri öz keyfiyyətləri hesabına deyil, kiminsə kişiliyi hesabına qazanılan nailiyyətlərdir…

 Etimad İsmayılov illərdir Rusiyanın Çelyabinsk şəhərində həbsxana həyatı yaşadı. Bu haqda həm dövri mətbuat zaman-zaman yazıb, həm də «Xural» ciddi araşdırma yazıları dərc etdi. Bu yazılar həm də qalmaqal yaratdı və özünü cəmiyyətə «Putinin dostu» kimi sırıyan iş adamı İlham Rəhimovun üzərimizə yeriməsinə səbəb oldu. «Haqq nazilər, amma üzülməz» deyiblər. Etimad İsmayılovun məsələsində də elə oldu. Azərbaycanın bu mərd, ləyaqətli və cəsarətli oğlu Rusiyanın dəmir qazamatlarında dəmir generalların qarşısında sınmadı və indi çox şükür, aramızdadır.

Etimad İsmayılovun savaşını həm də özümüzün savaşımız elan etmişdik. Onun azadlığa çıxacağı günə qədər bu savaşı aparacağımıza söz vermişdik. Biz də sözümüzü tutduq, şükür, Etimad İsmaylıov da sözünü tutdu. Bu savaşdan o qalib çıxdısa, deməli, biz də qalib çıxdıq. Amma nədirsə, burada məkr, hiylə, qara niyyət qazanmadı. Bizi utanıb-qızarmadan ermənilərlə müqayisə edənlər qazanmadı. Biz qazandıq… Azərbaycan gəncliyi qazandı…

Etimad İsmayılovun müsahibəsi yeri-göyü bir-birinə qatacaq. Ona görə ki, Etimada böyük haqsızlıq olunub…

Qonağımız Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılovun oğlu, illərdir Rusiyanın Çelyabinsk şəhərində həbsxana həyatı yaşayan Etimad İsmayılovdur…

 – Hər zaman azadlıqda.

–           Sağ olun.

–           Bəzən deyirlər ki, iki-üç il nədir ki? Gözünü açıb-yumacaqsan, vaxt bitəcək. Sən necə, həbsdə olduğun müddətin bu qədər tez keçdiyini hiss etdinmi? Yoxsa, qəfildən üzərinə gələn bu dalğa sənə hər kəsdən ağır gəldi? Necə oldu?

–           Bu günlə baxanda görürsən ki, vaxt tez keçdi. Amma prosesin içində olanda hər günün, hər anın, hər dəqiqənin öz ağırlığı və çətinliyi olur.

–           Üç ildən artıqdır ki, bü məsələ Azərbaycan mətbuatının gündəmindədir. Hansı rakursdan yanaşmaların olmasına baxmayaraq, vahid fikir var idi ki, Etimad İsmayılovu Rusiyada həbsə heç bir əsas olmadan salıblar. Əslində nə baş vermişdi?

–           Bəzi insanlar var idi ki, onlarla iqtisadi, biznes münasibətləri qurmuşdum. Baxmayaraq ki, onların heç birini o qədr də yaxından tanımırdm.

–           Söhbət ruslardan gedir?

–           Bəli. Onlar da sonradan özlərinin imza atdıqları müqavilələrə nəinki naxələf çıxdılar, hətta öz inzibati resurslarından istifadə edərək məni tamamilə əzməyə çalışdılar. O da, gördüyünüz kimi, alınmadı. Hələ sonradan özləri də ifşa olundular. Halbuki, onlar elə hesab edirdilər ki, qondarma cinayət işi açmaqla, məni çox rahatlıqla məhv edəcəklər. Alınmadı. Ən azı, mənim haqlı və günahsız olduğumun bir təsdiqi odur ki, haqqımda iddia edilən 6 cinayət əməlinin heç biri sübuta yetirilmədi və məcbur qalıb sonunda heç olmasa bir cinayət əməli ilə məni həbsdə saxlamağa çalışdılar.

–           Yəni üzərinə atılan 6 cinayət işinin 5-i aparılan istintaq prosesində sübuta yetirilmədi?

–           Onların hər biri üzrə məni məhkəməyə verdilər. Hətta birinci instansiya məhkəməsi bütün bu cinayətləri təsdiqlədi və haqqımda 8 il iş də kəsdi. Daha sonra orada vilayət rəhbərliyi yenisi ilə əvəz olundu və yeni rəhbər bu işə müdaxilə etdi. Onun bu məsələ ilə bağlı keçirdiyi mətbuat konfransının videoyazısı bu gün də məndə var. O, həmin mətbuat konfransında çox açıq şəkildə qeyd etdi ki, bəyəm, həmin pulların kimlər tərəfindən oğurlandığını hüquq-mühafizə orqanları bilmirlər ki, bunu Etimad İsmayılovun üzərinə qoyurlar? Sonra da barmağı ilə stolun üstünü döyəcləyib, əsəbi şəkildə bildirdi ki, pulu həmin kabinetdə oturanlar oğurlayıblar.

–           Qubernatorun özü dedi bunlar?

–           Bəli, qubernatorun özü… Bildirdi ki, bu iş, ümumiyyətlə Çelyabinsk vilayətində ədalət mühakiməsinin mövzusu ola bilməz, mən məhkəməni kənardan izləyəcəm, ədalət varsa – göstərsinlər, yoxdursa – yoxdur. Üstəlik, qubernator bu məsələni dövlət başçısına qədər çıxaracağını söylədi. Bu cür kəskin çıxışdan sonra onlar mənim apellyasiya, kassasiya şikayətimə baxdılar, orada da aydınlaşdı ki, mənim üzərimə qoyulan bütün cinayət işləri uydurmadır, qondarmadır və onları ləğv etdilər. Tək bir «cinayət işi»ni saxladılar. Bunu da o səbəbə ki,  artıq üç il idi mən həbsxanada saxlanırdım və bütün «cinayət işləri»ni ləğv etsəydilər, özlərinin ədalətsizlyini ortaya qoymuş olardılar. Bundan sonra məni azad etdilər, qalan işləri də yenidən təkrar istintaqa göndərdilər.

–           Bütün bunların arxasında kim dayanırdı?

–           Bütün bunlar Ruiya FTX-nın Çelyabinsk vilayətinidəki bölməsinin quraması idi. Bu qurum qeyri-qanuni olaraq, tamamilə Çelyabinsk vilayətinin keçmiş rəhbərliyinin iqtisadi maraqlarını təmin etmək istiqamətində fəaliyyət göstərirdi.

–           Uzun müddət həm İlyas İsmayılov, həm də Azərbaycan cəmiyyətinin bəzi siyasətçiləri də tələb edirdilər ki, bu işə Moskvada baxılsın. Səbəb bu idi?

–           Çünki qanun bunu tələb edirdi və biz də qanuna riayət olunmasını istəyirdik. Bununla bağlı Çelyabinsk vilayətinin İctimai Palatasının rəyi də var. Rəy də Çelyabinskin üç ali təhsil ocağının hüquq-prosessual kafedralarının elmi şuralarının qərarı nəticəsində verilib. İctimai Palata vilayətin üç ali təhsil məktəbinin hüquq fakültələrinin cinayət-prosessual kafedralarının Elmi Şuralarına müraciət etmişdi, onlar da belə bir rəy vermişdilər ki, bu işə məhz Moskvada baxılmalıdır. Sadəcə, vilayətin keçmiş cinayətkar rəhbərliyi bu işin nəzarətlərindən çıxmasını istəmirdilər. Çünki nəzarətlərindən çıxacağı, işə Moskvada baxılacağı təqdirdə, cinayət işinin qurama, qondarma olduğu dərhal aşkarlanacaqdı. Bunlar əllərinə qələm alıb, ağ kağızda ağıllarına gələn cinayəti yazmışdılar, lakin onun sübuta yetirilməsi hissəsini boş qoymuşdular. Arxayın idilər ki, bu işi özlərinin olan prokuror və hakimləri edəcək…

–           Belə çıxır ki, oranın məhkəmələri buranın məhkəmələrinə çox bənzəyir?..

–           Yox. Mən deyərdim ki, oranın məhkəmələri bizdəkindən qat-qat pisdir. Niyə? Çünki bizdə heç olmasa, nəyin nə olduğunu kişi kimi adamın üzünə deyirlər ki, məsələ belədir. Orada isə özlərinin quraşdırdığı cinayət oyununa bir qanuni don geyindirib, elə təəssürat yaratmağa çalışırlar ki, guya hansısa ədalətli proses gedir. Əslində isə, heç bir proses getmir…

–           Sadəcə səni şərləyiblər…

–           Hə. Mən Apellyasiya Məhkəməsinədək şikayət edə-edə gedirdim, onlar da bu hakimləri maliyyələşdirə-maliyyələşdirə gedirdilər. Azərbaycanın oradakı səfirinə dəfələrlə müraciət etdim ki, Azərbaycan səfirliyi rəsmən bu işə Moskvada baxılmasını tələb etsin və məhkəmələrin çıxardığı qərarların rəyləri ekspertizadan keçirilsin. O zaman aydın olacaqdı ki, bu işdə rüşvət və korrupsiya hansı səviyyədə idi.

–           Polad Bülbüloğluna müraciət etmişdiniz?

–           Bəli. Rusiyanın Ali Məhkəməsinin çoxlu sayda qərarı var ki, insanlara güllələnmə veriblər, sonradan həmin qərarları dəyişiblər. Rusiyanın Apellyasiya Məhkəmələrinin qərarlarını dəfələrlə Avropa Məhkəməsi qeyri-qanuni sayıb. Bəyəm, Rusiyanın Ali Məhkəməsinin qərarı səhv ola bilməz? Kim deyir onu? Quran ayəsi deyil ki? Bu qərarları verənlər fərdlərdir də… Biz deyirik ki, bu qərar saxtadır. Bir qurum hadisələri təhrif edib, saxtalaşdırıb və rüşvətlə belə bir qərarın çıxarılmasına nail olub. Çünki onların başqa heç bir yolu qalmamışdı. Heç ağıllarına da gəlməzdi ki, bir azərbaycanlı onlara bu qədər dirəniş göstərə və onlara bu qədər ziyan vura bilsin. Elə mənə qarşı hədsiz nifrətlərinin bir səbəbi də bu idi ki, gözləntiləri alınmadı, məni düşündükləri kimi asanlıqla təslim edə bilmədilər: qanlarını qaraltdım, rahat yediklərini burunlarından tökdüm, xeyli pul xərcləməli oldular və s. Digər tərəfdən də, gözləmədikləri halda məsələ həddən artıq ictimailəşdi. Həm KİV-də, həm də ayrı-ayrılıqda görkəmli şəxslər bu prosesə öz etirazlarını bildirdilər. Heç bir məqamda fikrimdən dönmədim. Hər zaman da bütün məhkəmələrdə açıq bildirdim ki, bunların özləridir cinayətkar, onlar bu oğurluğu eləyiblər, hətta bunu sübut etməyə də hazıram. Sonra oranın Federal Təhlükəsizlik Xidmətinin yeni təyin olunmuş generalı belə bir uydurma bəyanatla çıxış etdi – həmin vaxt ona kadrları tərəfindən verilən məlumata əsaslanaraq bunu demişdi, özü şəxsən bu işi yoxlamamışdı – və bildirdi ki, Etimad İsmayılov bizə həmin pulu 20 faiz müqabilində qaytarmağı təklif eləyib, ancaq biz bu təklifdən imtina etmişik. Mən onu yalan danışdığı üçün məhkəməyə verdim. Çünki mənim elə bir təklifim olmamışdı. Birincisi, əgər mənim elə bir təklifim olsaydı, o əməliyyatçı belə bir təklifdən dərhal yapışar, hər hansı «sübut» əldə edər, heç olmasa, 100 faiz tapılmayan pulun 80 faizini qaytarardı və qalan 20 faizini də məndən tutdurardı. Pulun ünvanı yoxdur, demək, heç bir sübut yoxdur. Sübut olmadığı üçün belə bir təklifin olduğunu ortaya atmaqla fikirləri yayındırmağa çalışmazdı. İkincisi də, mənimlə təcridxanada görüşdüyünü deyirdi, halbuki heç bir görüş olmamışdı. Tələb etdim ki, belə bir görüşün olduğunu sübut etsinlər. Dedilər, videokaset var. Dedim, varsa, gətirin, ortaya qoyun. Məlum oldu ki, kaset-filan yoxdur. Ondan sonra bir vəsatət də qaldırdı ki, FTX-nın rəhbər kimi demişəm, fərd kimi yox. Mən də bildirdim ki, adam nadan olmaqla yanaşı, həm də qorxaq insandır. Özü dustaqla qarşı tərəfdə qalmamaqdan ötrü, bütün strukturu cəlb edir ki, hamı həmin strukturun adından vahiməyə düşsün… Qarşıma da kağız qoydular ki, İsmayılov bax. Soruşdum ki, bunun altındakı imza kimindir? Dedilər ki, onun. Mən də dedim, bu öz başından kağızın altına imza atıb gətirib, çox gözəl, olsun, amma mənimlə görüşən adamın adını niyə qələmlə sonradan bura əlavə etmisiniz? Elə bunun özündən görünür ki, hər şey hazır olandan sonra fikirləşmisiniz ki, kimin adını ora əlavə edəsiniz, bunu etmisiniz. İkincisi, bunun yazdığı inisiallarla guya «rasşifrovka»da olan inisiallar uyğun gəlmir. Əgər sənəd rəsmidirsə, bütün bunlar da uyğun gəlməlidir. Hakim də buna fikir vermir. Özü də söhbət o hakimdən gedirdi ki, bunların sözü ilə oturub-dururdu. Dedim, heç nəyə ehtiyac yoxdur. Sonradan təcridxanaya həmin sənədi göndərdilər ki, bu adam bunun yanında olub, yoxsa yox? Oradan da cavab gəldi ki, olmayıb. Bir də soruşdular ki, nə vaxtsa olub? Dedilər, yox, ümumiyyətlə, heç bir vaxt olmayıb. Dedim, kiminsə mənimlə görüşməyindən ötrü hakimin icazəsi olmalıdır. Hakim bu adamın mənimlə görüşməyinə icazə verib? Məlum oldu ki, yox. Yəni mən sonunda sübut etdim ki, belə bir şey olmayıb – nə görüş, nə təklif. Digər tərəfdən, bu adam mənimlə nəyin əsasında görüşməli idi ki? Onun özü deyir ki, guya həbsxanadan buna zəng vurub, deyiblər ki, mən onunla görüşmək istəmişəm. Üzr istəyirəm, soruşdum ki, «tı tyolka po vızovu?» Sənə nə düşüb ki, hər telefon zəngi edənin görüşünə gəlirsən? Sən məşuqələri gətirən idarədə işləyirsən, yoxsa təhlükəsizlik xidmətində? Deyir, təhlükəsizlik xidmətində işləyirəm. O zaman bu zəngi alandan sonra hansı addımı atdın? Dedi, rəhbərliyimə məruzə edib, əməliyyat işi çərçivəsində həmin görüşə gəldim. Əməliyyat işinin də öz prosedur qaydaları var. Bunun üçün iş açılmalıdır, nömrəsi qeyd olunmalıdır və onun əsasında da mənimlə görüşməlisən, düzdürmü? Dedi, düzdür. Dedim, buyurun, əməliyyat işini ortaya qoyun. Belə bir iş uydurma, yalan olduğu üçün onu da qarşıma qoya bilmədilər. Hakim də qərar verdi ki, İsmayılovun iddiası təmin olunmasın. Yanıma da adam göndərdilər ki, artıq dərinə getmə, bunlar sənin nəyinə lazımdır? Bir söz deyiblər, indi də həmin adamların hamısını işdən çıxarıblar. Dedim, başa düşürəm ki, o, danabaşın biridir və kimlərinsə sözü ilə məhkəmədə çıxış edir, amma ən azı başa düşməlidir ki, mənim yerimdə də ola bilərdi. O zaman nə edərdi? Hələ mənəm bu qədər qondarma, yalan və böhtanlara dözürəm… Şükür Allaha ki, sonu belə qurtardı. Bu gün də elə hesab edirəm ki, mən uduzmamışam. Baxmayaraq ki, heç nədən həbsxanaya düşdüm. Ən başlıcası, Allahıma şükürlər olsun ki, məni tək buraxmadı və mənə ibadət etməyi nəsib etdi.

–           Həbsxanada olarkən bu qərarı qəbul etdin?

–           Hə, ona qədər Qurani-Kərimi oxuyurdum, amma ibadətlə məşğul olmurdum. Digər tərəfdən, o vaxta qədər tam dərk etmədiyim, həyatımda olan və normal baxdığım hər hansı bir situasiya oradan mənim üçün tam başqa yöndən görünməyə başladı. Mən o hərəkətlərin heç də düşündüyüm qədər cazibəli olmadığı qərarına gəldim. Yəni orada olduğum zaman bir çox məsələlərə, hadisələrə tamamilə başqa bir prizmadan baxmağa başladım.

–           Belə demək olarmı ki, həmin hadisələrə qədər tamamilə başqa bir Etimad var idi, həmin hadisələrlə üzləşəndən sonra tamam başqa bir Etimad Azərbaycana qayıtdı?

–           Tamamilə doğrudur. Mən orada olarkən bir üstünlük də əldə etdim. İnsan ekstremal şəraitdə olarkən bir çox xüsusiyyətlərini sanki itiləşdirir. Hansısa xüsusiyyətlər tamamilə yaxşı istiqamətə doğru aşılanır. Belə bir hadisə ilə mən də qarşılaşdım. Sizin sözünüzə qüvvət verdim – bəli, artıq əvvəlki Etimad yoxdur, başqa bir Etimad var. Mən ruhən vətənpərvər, millətimi və torpağımı sevən insanam. Ona görə də bu gün fəxrlə, qürurla deyə bilərəm ki, nəinki öz ailəmi, məni sevənləri, tanıyanları, dostlarımı utandırmadım, hətta var gücümlə bütün millətimin başını uca etməyə çalışdım. İstənilən adam ora gedib, hər şeylə maraqlana bilər.

–           Bir vaxtlar bizi də Çelyabinskə dəvət etmişdilər. Bir qədər sonra onunla bağlı da suallarımız olacaq. Azərbaycan mətbuatında belə fikirlər səsləndi ki, guya sizi neft məhsullarının biznesilə bağlı həbs ediblər. Bəzi çevrələr də haqlı olaraq düşündülər ki, İlyas İsmyaılovun oğlu hara, neft məhsulları hara? Çünki neftlə bağlı biznes məsələləri Azərbaycanda adətən bir yerə bağlı olduğundan və kənar adamların ora müdaxiləsinə imkan verilmədiyindən, bu məqam da insanlarda maraq oyatdı

–           Bir məqamı nəzərinizə çatdırım. Mən neft məhsullarının biznesi ilə Azərbaycanda deyil, Rusiyada məşğul olmuşam. O baxımdan, bir yerlərə «bağlılıq» üçün heç bir əsas olmayıb.

–           İlyas İsmayılov bir vaxtlar SSRİ çapında məşhur adamlardan olub. Ümumiyyətlə, tanınmış simaların övladlarının neftlə bağlı bizneslərinin olduğuna təəccüblənməyin özü bəlkə də düz deyil…

–           Yox, bilirsinizmi, mən ümumiyyətlə, neft və yaxud da neft məhsullarının biznesilə dərindən məşğul olan adam olmamışam. Mənim işim əsas etibarilə maliyyə ilə bağlıdır. Mən investoram. Maliyyə də hara mənfəət verir, ora qoyulur. Yəni bu sahə sırf mənfəət verdiyi üçün mən maliyyəni ora qoydum. O baxımdan, mənim sırf bu sahə ilə məşğul olan adam hesab etmək düzgün də deyil.

–           Sənin həbsində neft əsas amil ola bilərmi? Çünki bu sahə də digərləri kimi inhisarlaşdığından, elə adamlar olub ki, sizin ora müdaxilənizi istəməyib və sizi həbs etdirib?

–           Yox…. Yox… Bu məsələdə başqa amil var. Çelyabinsk vilayətinin keçmiş qubernatoru bu məsələnin başında dayanırdı. O, mafioz bir adam idi və orada böyük maliyyə qurumu yaratmışdı. Bu maliyyə qurumu vasitəsilə də Uralətrafı bölgələrin əhalisindən pul yığaraq, onları bankrot etmişdi. Hətta bir dəfə onun başından güllə ilə vurdular, bir gözü kor olsa da, ölmədi, sağ qaldı. Hamı da onu mafioz strukturun nümayəndəsi kimi tanıyırdı. Vilayətə qubernator seçkiləri keçiriləndə keçmiş partiya nomenklaturasından olan adamlar pul qoydular və onu bu vəzifəyə keçirdilər ki, oranı rahatlıqla dağıtmaq mümkün olsun. Vilayətə yiyələnəndən sonra büdcəni sökməyə başladılar.

–           Bu biznesə başlamazdan əvvəl orada belə bir oyunun getməsindən xəbərdar idinmi?

–           Yox, qətiyyən. Mənim ümumiyyətlə, onun haqqında heç bir məlumatım və şəxsi fikrim yox idi. Sadəcə, bu işlər başlayandan sonra hər şey mənim üçün aydınlaşmağa başladı. Özü də mən onunla deyil, işimi tamamilə başqa bir adamla qurmuşdum. Sadəcə, onlara maliyyə ayıranda və onu ödəmək vaxtı çatanda, bunlar da ödəməkdən imtina edəndə, mənə bəzi şeylər aydınlaşmağa başladı və gördüm ki, bunların işi hər kəsə «atmaq»dır. Hamı da bilir ki, bunlar «atandırlar». Bütün Çelyabinsk bunu bilir, sadəcə onlara qarşı heç kəs iddia qaldıra bilmirdi. Çünki bütün strukturlar bunların öz əllərindədir. İstənilən adama atırlar və hüquq-mühafizə orqanlarının əli ilə həmin adamın başını əzirlər. Mən şəxsən Rusiya baş prokurorluğana, FTX rəhbərinə müraciət etdim – ora yazdığım ərizədə mənim əlaqə telefonlarım da var idi. Artıq bu sistem də sovet dövründə olduğu kimi, işləmədiyi və onlarn hər birinin başı pul qazanmağa qarışdığı üçün mənim məktublarımı da digərlərininki kimi yenidən bunların üstünə göndərməyə başladılar.

–           Azərbaycanda da sistem belə işləyir. Kimdən ali orqanlara şikayət edirsən, yenidən həmin şikayəti o adamın üstünə göndərirlər. Elə məsələyə baxan adam olsaydı, şikayətçi daha niyə yuxarı instansiyalara şikayət edirdi ki?

–           Bəli… Bəli… Elə də oldu. Onlar da gördülər ki, mən artıq onlardan ora-bura yazmağa başlamışam. Üstəlik, daha çox da ona əsəbiləşdilər və qorxdular ki, mən bunların bütün işlərini bir dedektiv agentliyinin vasitəsilə qurdalayıb, zibillərini aşkara çıxarırdım. Ona görə də vaxt itirmədən mənim üstümə düşdülər ki, artıq dərinə gedə bilməyim. Yalandan hansısa yeyintiləri mənim üstümə atdılar. Mən də dedim ki, mənim üçün problem deyil, əgər elə fikirləşirsinizsə, onda çıxarın həmin yeyintilərin faizindən mənə də verin (Gülür…). Mən də bilim ki, heç olmasa nəyin üstündə yatıram. Ancaq elə-belədirsə…, elə şey yoxdur…

–           Sən həbs olunduğun gündən bu günə qədər bu məsələ Azərbaycan mətbuatının gündəmindən düşmür. Özü də bu həbsə adi bir həbs də demək olmaz. Həm İlyas İsmayılovun müxalifətçi partiyanın sədri olması, həm sizin bu partiyanın sədr müavini olmağınız, yəni birbaşa siyasətdə olmağınız baxımından da bu məsələ müzakirə olunub. Rusiya kimi bir dövlət üçün də bu, sıradan bir həbs məsələsi olmamalı idi. Hətta biz də «Xural»ın ötən saylarında bununla bağlı araşdırmalar apardıq və son nəticədə Rusiyada yaşayan sizin keçmiş ailə dostunuz İlham Rəhimovun da bu həbsdə əli olduğu haqda məlumat əldə etdik. Siz necə düşünürsünüz, bu həbsin əsas motivi nə idi?

–           İlham Rəhimov bizim ailə dostumuz yox, qohumumuzdur.

–           Hətta ailə dostundan da yaxın

–           «Dost» mənim üçün qohumluq əlaqələrindən daha üstün anlayışdır…

–           Bu adamın bu məsələdə rolu nə idi? Çünki biz bununla bağlı araşdırma yazılarını dərc edəndən sonra, o, özünə yaxın olan başqa bir qəzetə bizdən şikayət etdi və hətta onun səhifələrində bizim yazdıqlarımıza təkzib verməyə çalışdı.

–           Mən ümumiyyətlə, o məxluq – mən «məxluq» sözünü xüsusilə vurğulamaq istəyirəm, çünki adam deyəndə daha böyük və keyfiyyətli varlıq göz önünə gəlir – haqqında iki səbəbdən heç bir şey demək istəmirəm. Birincisi, evimizdə anamın əlindən çörək yeyib. İkincisi, xalqımızın gözəl bir deyimi var: «Ölü haqqında ya gərək yaxşılığına danışasan, ya da susasan». Buna görə mən də onu diriykən ölü bilib, haqqında danışmaq istəmirəm. Eyni zamanda, mənim həm də onun övladları ilə xoş insani münasibətlərim var, onların keçirəcəyi hissləri nəzərə alıb, onunla bağlı heç nə demək istəmirəm.

–           Ancaq o, son vaxtlar ciddi siyasi iddialarla çıxış edir

–           Mən onu nə böyük adam, nə böyük siyasətçi, nə də böyük bir biznesmen sayıram. Mən bu gün də hesab edirəm ki, onun özünün təqdim etdiyi «şəxsi nailiyyətlər»i öz keyfiyyətləri hesabına deyil, kiminsə kişiliyi sayəsində qazanılan uğurlardır. Ona görə də bu mövzuya ümumiyyətlə, toxunmaq istəmirəm.

–           Toxunmayaq… Amma sənin özün bunu hamıdan daha yaxşı bilərsən. Sənin Rusiyada həbs olunmağında konkret olaraq İlham Rəhimovun birbaşa rolu olub, yoxsa yox?

–           Olmayıb…

–           Rolu olmayıb? Bəs onun həyata keçirilməsində dolayısı ilə iştirakı necə?

–           Bir daha təkrar edirəm, mən bu mövzuda danışmaq istəmirəm.

–           İllərdir ki, insanlar gözləyirlər, Etimad İsmayılov həbsdən çıxacaq və həbsinin əsl baiskarının adını açıqlayacaq.

–           Mən bunu etmək istəmirəm. Ona görə yox ki, kimdənsə çəkinirəm və yaxud da qorxuram. Mən yalnız Allahın qəzəbindən qorxuram. Bir daha təkrar edirəm, mən anamın çörəyinə hörmət edən adamam. Həm də bu adamın övladları ilə insani münasibətlərim olduğu üçün, onların hisslərinə toxunmamaq naminə, bu gün heç nə danışmaq istəmirəm. Demək istədiyim tək odur ki, ondan qat-qat artıq məxluqların etdikləri pis əməllərə görə şalvarı çıxarılıb.

–           Çox qəzəbli danışdınız. Konkret heç nə demək istəməsəniz də, məsələnin nə yerdə olduğunu diqqətli Oxucularımız dərhal anlayacaqlar.

–           (Gülür…)

–           Həbs olunmağınıza səbəb olan maliyyə vəsaitini geri ala bildinizmi?

–           Xeyr, bu gün də o məsələ davam edir. Amma mən o vəsaiti alacağam. Anamın, atamın bu illər ərzində çəkdiyi qəmli günlərini heç kimə bağışlamaq niyyətində deyiləm. Onu bilsinlər. Mən sonunadək onlarla bu mübarizəni aparacam.

–           Səhv etmirəmsə, ilkin açıqlamalarınızda insan hüquqları ilə bağlı mübarizə aparmaq niyyətində olduğunuzu açıqlamısınız?

–           Belə yox, amma demişdim ki, elə bir fikrim var ki, orada Azərbaycan diasporası güclənsin.

–           Yəni diasporanın inkişafı üçün şəxsi düşüncələrin var?

–           Bəli, dəqiq belə bir fikrim var. Çünki Azərbaycan diasporası Rusiyada tam fəaliyyətsizdir. Rusiya həbsxanalarında qeyri-qanuni olaraq çoxlu sayda Azərbaycan vətəndaşı yatır. Özü də mən sizi inandırım ki, onlar çox şərəfli insanlardır.

–           Amma hüquqları müdafiə olunmur…

–           Bəli, heç bir hüquqları müdafiə olunmur, orada yiyəsiz qalıblar. Bizə aşılayırlar ki, guya millətimiz müharibə istəmir, bu, yalan söhbətdir. Düzdür, daha geniş müzakirəyə ehtiyacı olan bir mövzudur bu, çünki Qarabağ torpaqları uğrunda müharibəni Azərbaycan ordusu aparmalıdır, ordu bunu etməlidir. Ordu bu millətin vəsaiti hesabına yaşayır. O baxımdan, tək onu deyə bilərəm ki, bu gün Rusiya həbsxanalarında elə oğullarımız yatır ki, onlar nəinki Qarabağı silahla, Ermənistanı da dişləri ilə alarlar. İnanın, elə oğullarımız var orada. Amma onlara yiyəlik edən, sahib heç kim yoxdur. Nə Azərbaycan dövləti, nə də bir başqası. Bir daha təkrar edirəm, kimi hara təyin etmək mənim səlahiyyətimdə deyil, ola bilsin, kimisə onun fəaliyyəti qane edir, amma Azərbaycan vətəndaşları ilə bağlı həmin adamın fəaliyyəti, məncə, sıfıra bərabərdir.

–           Söhbət bizim səfirlikdən, konkret olaraq Polad Bülbüloğlundan gedir?

–           Bəli, bizim səfirdən gedir söhbət.

–           Diaspora işlərini Rusiyada necə aparmaq olar?

–           Diaspora deyəndə biz onu fikirləşmirik ki, beşə nəfəri bir araya gətirib, onları necə «yolmaq», soymaq olar. Biz fikirləşməliyik ki, beş nəfəri bir araya gətirib, onların insani, əqli potensiallarını necə istiqamətləndirmək və ondan Azərbaycan üçün nə cür istifadə etmək olar. Baxın, ermənilər bunu necə həyata keçirirlər. Bir erməni ora düşən kimi ona yaxınlaşıb soruşurlar ki, sən nə etməyi bacarırsan?Heç nə bacarmasa da, bir ayaqqabı dükanını verirlər ki, oranı təmizləsin. Tədricən onu ayaqqabı univermağının sahibi edirlər. Yəni bir sistem üzrə iş aparırlar. Mən sizə bir misal çəkmək istəyirəm. Çelyabinskdə bir baytar gecə-gündüz it-pişiklə bağlı televiziyada çıxışlar edir və hər dəfə də onun görüntüsünün altından adı, soyadı yazılır. Erməni soyqırımı məsələsində həmin baytar mitinq keçirib, həmin mitinqdə çıxış etmişdi.

–           Erməni idi?

–           Bəli, erməni idi. İlk baxışdan o qədər təhlükəli işlə məşğul deyil bu erməni. Sadəcə yerli televiziyada baytarlıqla bağlı verliş açıb, onu da o verilişin aparıcısı qoyublar. Xəstə pişiyi, yaralanan iti müalicə edir və s. Hər dəfə efirdə bu adamın görüntüsünün altından da adı, soyadı yazılır və yerli əhali də bunu üzdən tanıyır. Sonra lazım gələndə, siyasi məsələlərdə bu baytar dönüb olur siyasətçi və mitinq keçirir, əhalini ora yığıb istədiyi ideologiyanı camaata təlqin etməyə başlayır. Yəni artıq bu erməni nə qədər yalan danışsa da, əvvəldən insanlara o qədər yaxın olub ki, nə deyirsə, ona inanırlar. Bu, çox düşünülmüş və məqsədli siyasətdir. Ümumiyyətlə, ermənilər heç nəyi düşünmədən həyata keçirmirlər. Bizim insanlarımıza isə yiyə durub, dəstək verən yoxdur. O qədər həbsdə oldum, bir qutu siqaret belə göndərən olmadı.

–           Azərbaycandan bu məsələyə baxış bir qədər fərqli idi. Çünki sənin həbsinə güclü etiraz var idi. Hətta parlamentin bəzi deputatları yazılı şəkildə Rusiya dövlətinə müraciət etdilər. Dövlətlərarası münasibətlər səviyyəsinə qədər bu məsələ müzakirə olundu. Siz bu müdafiəni yetərincə hesab etdinizmi?

 Davamı gələn saylarımızda

 Hazırladı:

XuralTAC

Xural” qəzeti,

İl: 9, sayı: 033 (441),28 avqust – 03 sentyabr 2011-ci il

etimad İsmayılov

etimad İsmayılov

Əlaqəli məqalələr

12 şərh

  1. MESEDI DADAS MESCIDNIN ICMASI NEYE GORE HACI SAHINE AXUNDLUQDAN CEKILMESINI MESLEHET GORDULER?

    Son melumar.Mesedi Dadas mescdinde veziyyet gerginlesir.Mescidin icma uzvleri Haci Sahine teklif ediler ki, senin kenarlashman meslehetdir.Cunki sen hedefdesen ve sene gore mescidi itirme yehlukesi var.Cunki bezi telebelerin ele bir sehfe yol veribler ki, bunu hal hazirda rahatligla temizlemek mumkun deyildir.Senin muveggeti kenara cekilmeyin meslehetdir.Yoxsa neyinki mescidi,umumiyyetle Abgul Suleymanov ve Ramin Bayrmovun bashlatidgi mugeddes devetimizi itireceyik.Mesedi Dadas mescidnin agsaggalarida bu qerara gelibler.Amma Haci Sahin inad edir ki, men mescidden cekilmeyecem.Mescidi baglasalarda cekilmeyecem.Bir nece agsaggal qapini cirpib otagdan cixib.Agsaggallardan biri deyib ki,Abgul ve Raminde bu fikirdedirler ve bize bele xeber gonderbler ki, sen hec olmasa muveggeti cekilesen.Cunki Abgul ve Ramin istintaqda onlara verilen suaallardan bele bir qerara gelibler.Haci Sahini vurmagla Mesedi Dadas mescidi elden cixacaq .Bu gun axsam yenede mescidin agsaggallari Haci Sahinle onu razi salmag ucun gorusecekler.Cunki, o zaman Haci Ilqarin axundlug etdiyi Iceri Seher Cume mescdinin agibetide bele olmusdu.
    Diger terefden br agsaggal deyib ki, gormursen faceook-da seni Haci Namiq Babaxanin qurmag istediyi siyasi teshkilata uzvlukle ve Mescidi hemin siyasi teshkilata qoshmaqla ittiham edirler.Bu cox ciddi bir ittihamdir.O zaman Haci Ilqarida Cume mescidni siyasi proseslere qoshmagla ittiham etdiler ve neticeni haminz gordunuz.Bize sexsler deyil,onemli olan Abgul ve Raminin baslatdigi herekatini qorumagdir.Mescidi qoruyub saxlamaqdir.
    Agsaggallardan bir nefer deyib ki,Ocaq Nicatda bele dusnur ve ozude Azerbaycani terk etdikden sonra Haci Sahine hec bir komeklik ede bilmeyecek.

    1. İçeriden çıxandan sonra danışmaq asandır. Sənin dədən respublika prokuroru olanda günahsız şəxsləri dama qoyanda və işdən çıxaranda fikirləşməli idi ki, bu onun öz balasının da başına gələ bilər.

  2. HACI İLQARIN AZƏRBAYCAN Milli Təhlükəsizlik Naziliyi ilə əlaqləi olması barədə tanınmış palitalogun açıqlamaları və şübhələri

    Dünən sabiq palitolog mənimlə catda əlaqə saxladı.Yazılarımı bəyəndiyini bildirdi.Onunla baş verən hadisələr barədə biraz söhbət etdik.Müstəqil adamdır.Vaxtı ilə prezident aparatında belə işləyib.Amma sonra özü istefa verib.Çünki ağa ağ , qaraya qara deyə biləndir.Ona görə çoxları onu sevməyib.Hal hazırda da hakimiyyətdə ona iş təklif edirlər amma qəbul etmir.Çox savadlı dünya görüşü olan insandır.6 xarici dil bilir.Çox ölkələrdə konfranslarda iştirak etmişdir.Bəzi ölkələr ondan xahiş edirlər ki,bizim üçün hadisələri şərh elə.Qəbul etmir.Müxalifət meydanında da ona çox hörmət edirlər.İsa Qəmbər ona partiyada önəmli vəzifələr təklif etmişdir.Qəbul etmir.İranın sabiq səfiri Əfşar Sülymani ilə yaxın dostluğu oilmuşdur.Adını demək istəmirəm.

    Nəysə keçək mövzuya.Palitolog söhbət əsnasında mənə dedi ki,Hacı İlqarın Amerika ilə əlaqəli olduğunu deyirsən.Başa düşürəm.Amerikalılar, Avropalıılar ondan bəzi məqamlarda istifadə edirlər.Hacı İlqarda bunu yaxşı bilir və özünü elə aparır ki,guya özü istifadə edir.Düzdür Hacı İlqar bundan yaxşı pul qazanır.Azərbaycan hakimiyyəti bunu yaxşı bilir.Sadəcə dinmirlər ki,qoy hacı İlqar onların basını qatsın və pulunu qazansın.Bəzəndə hakimiyytətin sifarişlərini yerinə yetirsin.

    Əsas isə Hacı İlqarın , İctimai Palatanın icində önəmli yer tutması və idarə heyətində olmasıdır.Hacı İlqar ,İctimai Palata icərisində hakimiyyətin adamıdır.İctimai Palatanın dindarları mitingə cəlb etməsi,hansı dini təbəqə ilə İctimai Palatanın işləmək istəməsi,Amerikaılar və Avropalılar İctimai Palata vasitəsi ilə hansı dini camaatları mitingə cəlb etmək istəməsi və sairə nəzarət edir.Yoxsa hakiiyyət imkan verər ki,hansısa dini nüfuzu olan şəxs müxalifətə qoşulsun və ortalığı qarışdırsın.Milli Təhlekəsizlik Nazirliyi Hacı İlqarı 2003 ci il hadisələrindən sonra ələ ala bildi və 6 ay sonra həbsdən azad etdilər.Məsələyə insan haqları müdafiəçsinin azad edilməsi kimi don qeydirdilər.Əgər həqiqəətn belədirsə bəs nə üçün Hacı İlqar hərakatının banisi sayılan və 2003 cü ldə bu hərakata rəhbərlik edən Azər Ramizoğlu indiyə kimi Norveçdə mühacirətdədir? MTN- Hacı İlqarı ələ alan kimi,Azər Ramizoğluna qarşı təzyiqləri elə artırdı ki,Azər Ramizoğlu ölkədən qaçmalı oldu.Çünki Hacı İlqar artıq hakimiyyətlə anlaşmışdı.

    Digər tərəfədn düşünün.Azər Rasmizoğlu İçəri Şəhər Cümə məscidinin seçkilərdə Azad Blokunu dəstəklədiyini açıqladığı gündən 2 gün sonmra Hakimiyyət məscidi bağladı.

    İnid deyin görüm,Hacı İlqar MTN-əməkdaşı olmasa O,İctimai Palatanın üzvü və idarə heyətində yer ala bilərdimi?

    Abgül Süleymanov və Ramin Bayramov müxalifət mitinglərini dəstəklədiyi və hicaba görə mitinq təşkil etdikləri üçün həbs edildilər.Bundna əvvəl İslam Partiyasının sədri və müavini həbs edildilər.Amma Hacı İlqar ,İCTİMAİ PALATADA önəmli yer alır və guya hərdən dindarları mitinqə dəvət edir və hakimiyyət buna susur?

    Sizcə çox gülməli deyilmi?

    Bir məsələnidə diqqətinizdən çıxartmayın.Əli Kərimli və İsa Qəmbər nə zaman dindarlaır mitinqə cəlb etmək istəsələr,nəıticə uğursuz olur.Çünki Hacı İlqar əvvəlcədən MTN-məlumatlandırır və hakimiyyətdə öz işini edir.

    Həmçinin diqqət edin.Abgül və Ramin , İslam Partiyası nə zaman mitinqə qərər versələr Hacı İlqar bu məsələdən yayınır.Buna görə dindarların sərt reaksiyası ilədə üzləşmişdir.

    Məhz bunu anlayan Abgül Süleymanov,Ramin Bayramov və İslam Partiyası Hacı İlqarın imza toplama kampaniyasında dəstək vermədilər.Çünki anladılar ki,bu kampaniya hakimiyyətin sifarişdir və hədəf isə dindarları mitinqdən yayındırmaqdır.

    MTN-həmçinin Hacı İqların əli ilə bəzi dindarları ictimaiyət içərisində gözdən salır.Ona görə deyirəm ki,Hacı Şahinin bəziyyəti isə çox pisdir.Çünki Hacı Şahinin barəsində hər yerə Hacı İlqar məlumat verir.MTN,Amnerikalılar,Avropada əlaqədə olduğu Yahudi təşkilatlarına və sairə.Bəs Hacı Şahin və Məşədi Dadaş mıəscidinə sin günlərdə artan təzyiq hardanıdr.

    Bəs mən nə üçün çox zaman deyirəm ki,içərimizdə İMAM LİBASINA BÜRÜNMÜŞ İKİ ÜZLÜLƏR VAR.HEÇ OLMASA DİNDARLAR AYILMALARI ÜÇÜN KURTLAR VADİSİ PUSUYA DİGGƏTLƏ BAXSINLAR VƏ OYUNLARDAN XƏBƏRDAR OLSUNLAR

    COX MARAGLI ACIGLAMALR VAR.DAVAM EDECEM.

  3. ilham Rəhimov özünü təsdiq etmiş şəxsiyyətdir. Biz onun kimi şəxsiyyətlərin qədrini bilməliyik. Hər bir hadsəyə şəxsi müstəvidən yanaşmamalıyıq. Obizlər üçün cox işlər görür və görməkdədir.

  4. COX MARAQLIDIR HAMI ILHAM REHIMOVUN YUKSEK KEYFIYYETINDEN DANISHIR.MEN BIR VETENDASH KIMI ISTEYIREM BILIM.BU TANINMISH MILYONCU ISH ADAMI INDIYEDEK AZERBAYCAN UCUN NE EDIB???? MUMKUNSE YAZIN HAMIMIZ BILEK

  5. El oglularin.dostlarin,tanislarin savasindan dehsetli hec ne ola bilmez.Dusmen bilirsen dusmendir onunla savasmaq ellbetde serefdir.Illerle corek kesdiyin,yaxsi munasibetde oldugun insanla savasmaq ise felaketdir,felaket.Geceler yuxun qacacaq ,dermanla yatib dermanla oyanacaqsan.Aranizda olan kohne munasibetler dehsetli bir kino lenti kimi seni geceler yatmaga qoymayacaq.bu hisleri men oz uzerimde kecirtmisem.Ulu tanridan Ilhama da Resadada sebir ve deyanet dileyirem. AMIN.

  6. salam .xahis edirem menim oglum tecili onurga emeliyati olmalidir bankda usaga yardim ucun hesab acilib .ne olar Allah esqine otura bilmeyib ayaquste namaz qilib Allaha dua eden 1 ogluma yardim edin.mob 0505903661

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button