İlham Rəhimovun kitabı İsraildə nəşr olundu

ilham rəhimov3xural.com-a daxil olan məlumata görə, professor İlham Rəhimovun “Cinayət və cəzanın fəlsəfəsi” adlı kitabı yəhudi dilində çapdan çıxıb 

Azərbaycan respublikasınım əməkdar hüquqşünası, hüquq elmləri doktoru, professor İlham Rəhimovun Moskvada rus dilində çap olunmuş “Flosofiya prestupleniya i nakazaniya” (“Cinayət və cəzanın fəlsəfəsi”) adlı növbəti kitabı İsraildə də çap olunub. Yəhudi dilinə tərcümə olunmuş bu kitab təkcə Azərbaycanda deyil, dünyanın bir sıra ölkələrində də oxucular tərəfindən maraqla qarşılanıb.

Nəfis üslubda nəşr olunmuş kitabda cinayət hüququnun təməl problemlərindən bəhs olunur. Müəllif cinayətin mənbəyinə və səbəblərinə, eləcə də cəzanın məzmununa fəlsəfi mövqedən yanaşıb. Kitab hüquq fakültələrinin müəllimləri, aspirantlar və tələbələr, eləcə də, cinayət hüququ sahəsində ixtisaslaşmış hüquq-mühafizə orqanları işçiləri, nəzəriyyəçilər üçün nəzərdə tutulub. Nəşrdən həmçinin, sosioloqlar, psixoloqlar və cinayətkarlıqla mübarizənin aparılmasına maraq göstərən hər kəs yararlana bilər.

xural.com

ilham rehimov 1 ilham rehimov1 1

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button