“İlin Cümhuriyyətçisi” İlkin Rüstəmzadə oldu

Həbsdə olan blogger, N!DA Vətəndaş Hərəkatının üzvü İlkin Rüstəmzadə D18 Hərəkatının təsis etdiyi “İlin Cümhuriyyətçisi” mükafatına layiq görülüb.
Hərəkatın bununla bağlı keçirdiyi mərasimdə bildirilib ki, 4 ildən artıqdır həbsdə olan İ.Rüstəmzadə bu müddət ərzində demokratikləşmə ideyalarından dönməyib. Davamlı olaraq mübarizə aparıb.
“İlin Cümhuriyyətçisi” mükafatı həbsdəki bloggerin anasına təqdim olunub.
Mərasimdə bloggerin həmkarları, siyasi partiyaların, vətəndaş cəmiyyətinin nümayəndələri iştirak ediblər.
Bundan əvvəl “İlin Cümhuriyyətçisi” mükafatı, hazırda həbsxana həyatı yaşayan ReAL hərəkatının sədri İlqar Məmmədova, həbsdəki jurnalist Seymur Həziyə və Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri, keçmiş siyasi məhbus İntiqam Əliyevə təqdim olunub.

“İlin Cümhuriyyətçisi” mükafatını 3 il əvvəl D18 Hərəkatının təsis edib. Mükafat hər il 28 May – Respublika Günü öncəsində təqdim olunur.

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button