İlin səfirliyi mükafatlandırılacaq, sayt və jurnal təqdim olunacaq…

23 dekabr saat 14:00-da “Park İnn” otelinin Füzuli zalında Azərbaycan Avropa Hərəkatının təşkilatçılığı ilə tədbir keçiriləcək. Azərbaycanda fəaliyyət göstərən diplomatik korpus nümayəndələrinin, ictimai xadimlərin qatılacağı konfransda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və Azərbaycan Avropa Hərəkatının birgə layihəsi çərçivəsində hazırlanan “Azərbaycanı dünyada necə tanıdaq?” adlı jurnal və saytın təqdimatı keçiriləcək.

Bununla yanaşı, hərəkat tərəfindən seçilmiş “2016-cı illin səfirliyi” mükafatı da təqdim ediləcək. Bu il Azərbaycan vətəndaşlarının ən çox səfər etdiyi Avropa ölkəsinin mükafatlandırılması da nəzərdə tutulur.

Qeyd edək ki, 2012-ci ildə təsis edilən bu mükafatı müvafiq olaraq Almaniya (2012), ABŞ (2013), Böyük Britaniya (2014), Avropa Birliyi (2015) qazanıb. Tədbirdə iştirak sərbəstdir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button