İlk dəfə haqqımı qorudum

 Mən Azərbaycanın böyük gələcəyinə inanıram. Atam da inanır. Ona görə yorulmadan çalışır. Ona görə mənim bütün ilk addımlarımı gündəliyində tarixi hadisə kimi qeyd edir. İki gün əvvəl atamdan daha bir günü qeyd etməsini xahiş etdim – həyatımda ilk dəfə haqqımı qorudum, yanlış bir şeyin qarşısını aldım. Bu gün mənim üçün də əzizdir. Çünki bütün uşaqlar əvvəlcə mənim haqsız olduğumu, müəlliməmizin isə haqlı olduğunu dedilər. Mən 5-ci sinifdə oxuyuram. Həmişə müəllimlərim mənə yaxşı təhsil verməyə çalışıblar. Mən də bacardığım qədər əla oxumuşam. Bu dəfə o biri uşaqlar kimi, mən də müəllimənin səhv dərs danışdığını bilib, onun haqlı olduğunu desəydim, özümə və böyük gələcəyimizə xəyanət etmiş olardım. Ona görə düz dedim və müəllimənin bizə dərsi səhv başa saldığını əsaslandırdım. İbtidai sinif müəlliməm Bəsti müəllimə mənim haqlı olduğumu dedi. Mən çox sevindim. Çünki mən hamı mənə qarşı olanda belə haqlı olduğumu bilirdim. Ona görə mübarizə aparırdım. Atam deyir ki, insan haqlı olduğu zaman mübarizəsi güclü olur. Mən də haqlı mübarizənin nə olduğunu həmin gün gördüm və sevdim. Bir də bizim böyük gələcəyimizə mane olan insan kim olursa-olsun onunla mübarizə aparmaq lazımdır. Axı, bizim daha ikinci Azərbaycanımız yoxdur.

“Xural” qəzeti,

il 9, sayı: 059 (468), 13 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button