İlk dəfə olaraq insan beyninə çip yerləşdirilib

Milyarder İlon Maskın (Elon Musk) “Neuralink” şirkəti ilk dəfə olaraq insan beyninə çip yerləşdirib. Bu haqda Mask özü yanvarın 30-da X platformasında yazıb.

“Dünən “Neuralink” implantı ilk insana yerləşdirildi və bərpa uğurla gedir. İlkin nəticələr neyron artımının ümidverici olduğunu göstərir”, – biznesmen yazıb..

2023-cü ilin sentyabrında şirkət yeni texnologiyanı insan üzərində sınaqdan keçirməyə icazə alıb və pasiyent seçiminə başlayıb. “Neuralink”in saytında təsvir olunmuş prosedura görə, əməliyyat zamanı robot beyinin hərəkətə nəzarət edən hissəsinə çip yerləşdirir. Bundan sonra çip beyinin siqnallarını yazaraq tətbiqə ötürəcək, bu isə hərəkətin niyyətini deşifrə etmək imkanı yaradacaq.

İlkin olaraq şirkət adamlara fikirləri vasitəsilə kompüterin kursorunu, klaviaturanı idarə etmək imkanı verməyi planlaşdırır. Bu isə amiotrofik skleroz və digər nevroloji xəstəlikləri olanlara daha rahat həyat vəd edir.

İnsandan öncə çip, Maskın yazdığı kimi, “ölümqabağı vəziyyətdə olan” meymunlarda sınaqdan çıxarılıb. Milyarder bunu sağlam meymunlara riski azaltmaq üçün etdiyini deyib. Biznesmen əmin edir ki, çipin yerləşdirilməsinə görə heç bir meymun tələf olmayıb.

Ancaq “Reuters” veterinar hesabatlara istinadla yazır ki, meymunlarda eksperiment vaxtı qıcolma, iflic, beyində şiş qeydə alınıb.

Heyvanlar üzərində sınaqlar əsrlərdir etik suallar doğursa da, onları yenə də həyata keçirirlər.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button