İlk dəfə azərbaycanlı millət vəkili ATƏT-in səlahiyyətlərindən qazandı

azay quliyev02.07.2013

ATƏT Parlament Assambleyasında rəhbər orqanlara keçirilən seçkilərdə Azərbaycan nümayəndə heyətinin üzvü, millət vəkili Azay Quliyev də iştirak edib.

FaktXəbər-in məlumatına görə, azərbaycanlı millət vəkilinin rəqibi Vahid Rusiya Partiyasının  üzvü, Rusiya Federasiya Şurasının  ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, general Vladimir Kulakov olub.

Gizli səsvermə nəticəsində Azay Quliyev rəqibindən çox səs toplayaraq ATƏT Parlament Assambleyasının Büro üzvü və Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin (1-ci komitənin) sədr müavini seçilib.

Bununla da Azərbaycan bu quruma üzv olandan bəri ilk dəfə olaraq ATƏT PA-nın rəhbər orqanlarında təmsilçilik hüququ əldə edib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button