İlk növbədə Bəxtiyar Sadıqovun özünü tutmaq lazımdır

Mehman Əliyev: “Sən yalan danışırsan, ölkədə ictimai fikri çaşdırırsan”

 Dünən Redaktorlar Birliyinin toplantısında “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev “Azərbaycan” qəzetini yalan informasiyalar verməkdə ittiham edib. Tədbir zamanı peşə etikası mövzusu müzakirə olunarkən M.Əliyev Mətbuat Şurasının və “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqovun peşə etikasına əməl etmədiyini bildirib: ““Azərbaycan” qəzeti peşə əxlaqı normalarına riayət edirmi? Yox! Orada nə plüralizm var, nə obyektivlik var. Orada heç nə yoxdur. Orada tərəflilik var. Bəxtiyar Sadıqov onu-bunu tutdurmaqla hədələyir. İlk növbədə Bəxtiyar Sadıqovu tutmaq lazımdır. Məgər insanı ancaq təhqirə görə həbs edirlər? Axı sən yalan danışırsan! Ölkədə ictimai fikri çaşdırırsan. Bu da cinayətdir”.

 Əfqan

“Xural” qəzeti,

il 9, sayı: 058 (467), 12 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button