İlkcell Bakcell daha bir ilkə imza atıb

Azərbaycanın ilk mobil rabitə operatoru olan və hər zaman yenilikləri ilə müştərilərini sevindirən Bakcell şirkəti daha bir İlkə imza atıb. Şirkət Azərbaycanda ilk dəfə olaraq 3D ölçülü təsviri paytaxt sakinlərinə təqdim edib. 3D ölçülü təsvir Bakı sakinləri və şəhərimizin qonaqlarının ən çox ziyarət etdiyi “Park Bulvar” ticarət mərkəzinin 1-ci mərtəbəsi ərazisində yerləşdirilib.

Qeyd edək ki, bütün dünyada  tətbiq olunan bu cür yenilikçi üslublar qabaqcıl şirkətlər tərəfindən öz brend və marketinq strategiyalarının təbliği üçün istifadə edilir. Hər zaman müasir reklam texnologiyalarından və üslublarından istifadə edən və öz brendini ən dinamik, effektli və peşəkar üslubda müştərilərinə təqdim edən Bakcell şirkəti bu yeniliyi xalqımıza təqdim etməkdən böyük məmnuniyyət hissi duyur.

Maraqlı bir faktı nəzərinizə çatdıraq ki, Rusiyanın məşhur rəssamı Filip Kozlov tərəfindən çəkilən bu rəsm yağlı boya ilə işlənmiş ilk 3D ölçülü təsvirdir. Ümumiyyətlə bu gün bütün dünyada bu cür rəsmləri çəkən rəssamları barmaqla saymaq olar. Paraşütçünün göydən bütün Azərbaycana baxışını əks etdirən təsvirdə Bakcell-in demək olar ki bütün ölkə ərazisini əhatə edən baza stansiyaları vasitəsilə yüksək keyfiyyətli mobil rabitə təmin etdiyini görmək olar. Bu gün fəaliyyətdə olan 2400-dən çox baza stansiya və 17000-dən artıq ötürücü stansiyaların sayəsində Bakcell şəbəkəsi əhalinin 98%-i, ölkə ərazisinin isə işğal altında olan 20% ərazi istisna olmaqla 90%-dən çox hissəsini əhatə edir.

Bakcell şirkəti paytaxt sakinlərini və şəhərimizin qonaqlarını bu 3D ölçülü reklam təsvirinə baxmağa dəvət edir.

Bakcell-in məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, 555-ə zəng edin.

Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555-ə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.

 

Xural” qəzeti,

İl: 9, sayı: 029 (437),31 iyul-06 avqust 2011-ci il

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button