Rubrikalar: KÖŞƏ YAZARLARI XuralTAC

İlkin Rüstəmzadədən qandonduran yazı

İlkin Rüstəmzadə

Sonuncu əfv sərəncamı ilə azadlığa çıxan keçmiş siyasi məhbus İlkin Rüstəmzadə ölkədəki qanunsuzluğun, ədalətsizliyin miqyasını göstərən bir həbsxana xatirəsini paylaşıb. Xural.com onun facebook-da yazdığı statusu təqdim edir:

“Məhkəmə islahatları məsələsi yadıma bir hadisəni saldı. Bu hadisəni ağlımın bir tərəfinə yazmışdım, nə vaxtsa paylaşacaqdım. Son hadisələr fonunda indi yazmaq vaxtı olduğunu düşünürəm.
“13”də Fərrux adlı bir gənc var idi (böyük ehtimalla indi də oradadır). Cəlilabad rayonunda taksi sürücüsü olub. Lisenziyası, sənədləri tam qaydasında. Bir dəfə yolda maşınını saxlayırlar, iki oğlan və bir qız minir avtomobilinə. Yolda bu, məsələni başa düşür:
Qızı qaçırırlar!
Dərhal maşını saxlayır, hər iki oğlanı qovur, qızı aparır düz evlərinə qədər. Atası təşəkkür edir.
8 ay sonra bu 2 nəfər adam oğurluğu ittihamı ilə həbs olunur. Hadisədə iştirak etdiyi üçün bunu da çağırırlar polisə. Polis deyir, bilirəm, mərdlik eləmisən, amma, gətir tədqiqatçıya 2000 ver, iş bağlansın. Vermir, verə bilmir. İş gedir istintaqa.
Müstəntiq çağırır, deyir, bilirəm mərdlik etmisən, get 5000 gətir, atım prokurorun ağzına, iş bağlansın. Gətirmir, gətirə bilmir. İş gedir məhkəməyə.
Ağır Cinayətlər Məhkəməsindən bunu çağırırlar, hakim deyir, bala, bilirəm heç nə etməmisən, amma məni başa düş, səni buraxsam deyəcəklər, filan qədər almısan, filan qədərini düş bura, mən də məcburam sənin yerinə məhkəmə sədrinə öz cibimdən pul verəm. Get sədrin haqqın gətir ver, bitsin bu iş. Vermir, verə bilmir. Məhkəmədə qızın özü, valideynləri gəlib yalvarırlar hakimə. Ki, bu adam xanımı xilas edib. Notariusda təsdiqlənmiş ifadələr verirlər. Xeyri olmur. Digər 2 nəfər məhkəməyə gəlib ifadə verirlər, yenə xeyri olmur. 8 illik həbs cəzası!
Həmin Fərrux “13”ə gələndə, Penitensiar Xidmətin işgəncə krallarından hesab olunan Elçin Əlicanov belə əlini başına tutaraq işi oxuyub hakimləri söymüşdü.
Çox yerə yazdı, məktub göndərdi. Faydası olmadı heç nəyin. Niyə?
Çünki polis buraxa bilməz! Müstəntiq buraxa bilməz! Hakim buraxa bilməz! Rüşvət mexanizmi elədir ki, aldınsa, verməlisən. Vəssalam! Kimisə buraxan pul almadığını sübut edə bilməz! Necə? Sən? Onu? Pulsuz? Yaxşı, bəsdir sən Allah! Axaxa, günahsız idi? Bunu rəisə (rayon prokuroruna, məhkəmə sədrinə) özün izah edərsən.
Sistem bu. Mexanizm bu. Hüquq bu!”

Xural.com

Paylaş:

Share

Son Əlavələr

Deputat İqbal Məmmədovla bağlı heyrətamiz və şok iddialar – VİDEO

Milli Məclisin deputatı İqbal Məmmədovla bağlı daha bir şok məlumat yayılıb. Musavat.com Editor.az saytına istinadən xəbər verir ki, tanınmış iqtisadçı-ekspert…

19 Avqust 2019 3:23 səhər

Ərdoğan Vaşinqtonu necə tovladı?-TƏHLİL

Stiven A. Kuk Foreign Policy (ABŞ), 16.08.2019   2019-cu il avqustun başlanğıcında bütün Vaşinqton yüksək “döyüş hazırlığı” durumuna düşmüşdü: ekspertlər, siyasətçilər…

18 Avqust 2019 3:21 səhər

Qəza enişi etmiş A321 təyyarəsinin iki pilotuna Rusiya Qəhrəmanı adı verilib

Prezident Vladimir Putin A321 təyyarəsini Moskva ətrafında qarğıdalı tarlasına endirmiş “Ural Hava Yolları”nın pilotlarını Rusiya Qəhrəmanı adına layiq görüb. AZƏRTAC…

18 Avqust 2019 3:15 səhər

Vilayət Eyvazovdan yeni təyinatlar

Daxili İşlər Nazirliyində növbəti kadr dəyişiklikləri baş verib. Oxu.Az-ın məlumatına görə, bu barədə müvafiq əmrləri Daxili İşlər naziri, general-polkovnik Vilayət…

18 Avqust 2019 3:11 səhər

Jurnalist Ağ Evi akkreditasiyasının ləğvinə görə məhkəməyə verdi

CNN telekanalının siyasi analitiki Brayan Karem Ağ Evi məhkəməyə verəcəyini bildirib. Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, o, bu…

18 Avqust 2019 3:02 səhər

“Rəhim Qazıyev dedi ki, Prezident Aparatını bombalatdıracaq”-Pənah Hüseyn son 26 ilin sirlərini açır

Pənah Hüseyndən sensasiya dolu tarixi açıqlamalar; 1993-cü ilin fevralında televiziyada səsləndirilən bəyanatdan sonra Rəhim Qazıyev hərbi təyyarələrlə PA-ya hücuma keçəcəyini…

17 Avqust 2019 4:15 axşam
Xural.COM