İlqar İbrahimoğlu Xural TV-ni təbrik etdi

"Senzuradan uzaq olmağa çalışır..."

Əvəz Zeynallı ilə şəxsi tanışlığımız yox idi.

İlk dəfə üz-üzə 44 günlük Ana Vətən müharibəsi günləri bombalanan İmam Hüseyn (ə) şəhərində – əziz Gəncədə, Müqəddəs İmamzadə hərəminin həyətində gəlmişik.

Ondan öncə isə cəmi bir dəfə səsli telefonla danışmışıq. Əvəz bəy möhtərəm ailəsi ilə Kərbəla ziyarətində olanda. Sosial şəbəkələrdə bu haqda məlumat alan kimi, əlaqə saxlamışdım.

Son aylarda bir neçə dəfə canlı efirində qonaq olmuşam. Bəzi müşahidələrimi bölüşmək istərdim:
– az imkanlarla çox iş görməyə səy edir.
– senzuradan uzaq olmağa çalışır.
– müstəqil qalmaq onun üçün prioritet mövzulardandır.
– fərqli baxışlara anlayış və hörmətlə yanaşa bilir.

Medianın bu günündə, daxili senzuranın başdan-başa dominant olduğu bir ağrılı sürəс zamanı, gerçək media olaraq qalmaq çox çətindir. Amma bunun üçün çalışmaq – vacib və şərəfli bir vəzifədir.

Bu günlər Əvəz bəyin rəhbərlik etdiyi XuralTV-nin qurulmasının ad günüdür.

Əvəz bəy!
Sizi təbrik edirəm. Sizə mənəviyyat, müstəqillik, vətənpərvərlik üzərində düzənlənən həyat və fəaliyyət arzu edirəm!

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button