İlqar Məmmədov vahid namizədlə bağlı bəyanat verib

Ilqar Memmedov18.07.2013

ReAl hərəkatının həbsdə olan lideri İlqar Məmmədov müxalifətdən prezidentliyə vahid namizədlə bağlı bəyanat verib.

Məmmədovun ReAl-dan olan tərəfdarları bəyanatın mətnini sosial şəbəkələrdə yayıblar.

Sənəddə deyilir ki, Milli Şuranın vahid namizəd müəyyən etməsi həm də “istənilən digər Milli Şura üzvünün qeydiyyatı cəhdindən imtinadır”.

Rüstəm İbrahimbəyovun namizədliyinin qeydiyyata alınmaması İlham Əliyevin öz “rəqibini” özünün müəyyən edəcəyi demək olacaq.

Eyni zamanda, İbrahimbəyovun qeydiyyata alınmaması Milli Şuranı dağıdacaq və bu nəsil siyasətçilərin növbəti məğlubiyyəti olacaq.

“Biz hamımız İbrahimbəyovun arxasınca getməliyik, amma o da geri çəkilməməlidir, əks halda ReAl öz namizədi ilə seçkilərə doğru öz yolunu davam etdirəcək”, deyə Məmmədov yazır.

Bu qarışıq bəyanatdan İlqar Məmmədovun məhz nə demək istədiyini anlamaq çətindir, ehtimal etmək olar ki, vahid namizəd özünü yaxşı aparsa, o, bu namizədi dəstəkləməyə hazırdır.

Xatırladaq ki, İlqar Məmmədov da prezidentliyə namizədliyini irəli sürmüşdü.

O, bu ilin martında İsmayıllıda 13-14 yanvar iğtişaşlarını təşkil etmək ittihamı ilə həbs edilib. Lakin Amnesty İnternational və digər təşkilatlar onu vicdan məhbusu kimi tanıyıblar. Avropa İnsan Hüquqları Məhkəməsi onun şikayətinə növbədənkənar baxır.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button