İlqar Məmmədov Xədicə İsmayıla cavab verdi

Status müharibəsi başladı...

“Prezident Administrasiyasının partiyalarla görüşündə QHT qanunvericiliyinin yaxşılaşdırılması çağırışı ilə növbəti dəfə təkidli çıxış etdim. Ardınca, LAF TV kanalına bu müzakirə haqqında ətraflı müsahibəmdə yenə də QHT qanunvericiliyinin təcili şəkildə yaxşılaşdırılması zərurətini vurğuladım. Amma görünür, siyasi dialoqun bu hissəsi həm hakimiyyətin daxilindəki bəzi qüvvələrə, həm də QHT-lər üçün hüquqi şəraitin pis olması səbəbilə ölkəyə xəlvəti yollarla axıdılan qrantların vasitəçilərinə sərf eləmir”.

“Qafqazinfo” xəbər verir ki, bunu REAL partiyasının sədri İlqar Məmmədov özünün feysbuk hesabında yazıb.

İlqar Məmmədov jurnalist Xədicə İsmayılın onun barəsində yazdığı tənqidi statusa da münasibət bildirib:

“Yoxsa ki, keçmiş jurnalist Xədicə İsmayıl mənə qarşı dərhal, çox güman elə həmin dairələrin sifarişi ilə daha bir mənəviyyatbaz, anti-dialoq statusu niyə yazsın ki? Və bu dairələrdən ən azından birinin iqtisadi-siyasi maraqlarının keşiyində duran sosial şəbəkə manipulyatorları o statusa niyə o dəqiqə fəal dəstək versinlər ki?

Fikrimcə, QHT sektorunun 2013-cü ildən başlayaraq kölgəyə sıxışdırılması həm iqtidardakı bəzi çevrələrə, həm də onlarla əlbir olan “müxalif” qruplara sərf edir.  REAL-ın istədiyi qanunun qarşısını kəsən də onlardır, birlikdə, çünki dəyişiklik birinin maddi imkanlarına, digərinin isə əməliyyat şəraitinə uyğun gəlmir. Bu müqavimətə baxmayaraq, REAL partiyası QHT qanunvericiliyinin yaxşılaşdırılması, sahənin şəffaflaşdırılmasına yönəlik qanun layihəsini Milli Məclisə təqdim edəcək”.

Qeyd edək ki, Xədicə İsmayıl İlqar Məmmədovu müsahibəsində səsləndirdiyi “ölkədə azad mühit var, tənqidçilər heç nə etmirlər” fikrinə görə tənqid edib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button