İlqar Qasımov yenidən evlənib

Sabiq siyasətçinin bu yaxınlarda oğlu olub…

Yaxın dövrlərin siyasi qəhrəmanlarından biri, «Azərbaycan Yolu» Siyasi Hərəkatının sədri İlqar Qasımovdan XuralTAC-a xəbər daxil olub. Xəbərdə özünü Rusiya ədliyyə orqanlarının generalı kimi təqdim edən bu zatın özəl həyatından məqamlar var. Qəzetimiz ailədaxili məlumatları dərc etməyə o qədər həvəsli olmasa da, İlqar Qasımovun şəxsi həyatından bəhs edən bu xəbəri yayınlamaqda elə bir qəbahət görmədik. Əksinə, daşıdığı mənaya görə, düşünürük ki, İlqar Qasımovu təbrik etmək lazımdır bu xəbərlərə görə.

Aldığımız səhih informasiyalarda deyilir ki, sabiq siyasətçi yeni ailə həyatı qurub və bu izdivacdan bu günlərdə dünyaya bir oğul gəlib. İlqar Qasımovun yeni xanımının ixtisasca həkim olduğu bildirilsə də, onun haqqında əlavə məlumatlar əldə edə bilmədik.

Qeyd edək ki, İlqar Qasımovun əvvəlki xanımı tanınmış teleaparıcı Nərgiz Cəlilova olub. Bu izdivacdan İlqar Qasımovun bir qızı var və o, hazırda Londonda tibb təhsili alır.

İlqar Qasımovun özünü tapmaq və onunla danışmaq təşəbbüsündə bulunsaq da, onun bizdə olan telefonları cavab vermədi. Biz keçmiş siyasətçini təbrik edir, yeni ailə həyatında ona uğurlar arzulayır və dünyaya gələn gül balasının sağlam və qayğısız böyüməsini böyük yaradandan diləyirik.

XuralTAC

“Xural” qəzeti
il: 9, sayı: 012(420), 27 mart-02 aprel 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button