Rubrikalar: GÜNDƏM SİYASƏT XuralTAC

İlyas İsmayılov: “Əli Həsənov məddahlıqda həddini aşaraq Prezidenti çətin vəziyyətdə qoyur”

“Siyasi rejimlərin çöküşü xalqa təlqin olunan rəsmi ideologiyaların inadırıcılıq qabiliyyətini itirməsindən başlayır. Rejimlər bu mərhələyə çatanda rəsmilərin dilə gətirdiyi hər söz gülüş obyektinə çevrilir. Mövcud hakimiyyət də hazırda bu mərhələni yaşayır”.

Ədalət Partiyasının sədri, hüquq elmləri doktoru İlyas İsmayılov Ovqat.com-a açıqlamasında belə deyib.

İlyas İsmayılovun bu iddialarına ən tutarlı dəlil kimi Baş nazirin müavini Əli Həsənovun bu yaxınlarda söylədiyi bir fikri misal gətirib:

“Xatırlayırsınızsa, Əli Həsənov Azərbaycan ordusunun bir günə Dağlıq Qarabağı işğaldan azad edəcəyini, lakin İlham Əliyevin buna imkan vermədiyini söyləmişdi. Ölkə başçısının bu məsələdə həvəssizliyini isə onun humanizmi ilə əsaslandırmışdı. Demişdi ki, İlham Əliyev qan tökülməsini istəmədiyi üçün müharibə etmək istəmir”.

Əli Həsənovun bu sözlərini “nə danışdığını bilməmək” kimi qiymətləndirən partiya sədrinin fikrincə, bəzən bayağı təriflər siyasi rejimin zərərinə işləyir: “Bunun da ən bariz nümunəsi Əli Həsənovun həmin sözləridir. Guya İlham Əliyevin humanizmini təbliğ etmək istəyir, amma boğazdan yuxarı mədhiyyələrilə öz siyasi rəhbərini çətin vəziyyətdə qoyur. Çünki prezidentin bir nömrəli vəzifəsi ölkənin ərazi bütövlüyünü və suverenliyini qorumaqdır. Məhz buna görə də o, Ali Baş Komandan vəzifəsi daşıyır. Öz vəzifə borcunu yerinə yetirməyən prezidentin (əgər Əli Həsənovun dedikləri doğrudursa) bu hərəkətini humanizmiylə əlaqələndirmək olmaz. Çünki prezidentin düşmənə qarşı humanist olmaq öhdəliyi yoxdur. Humanizm ümumiyyətlə vəzifə yox, istəkdir, bir növ hədiyyə, mükafatdır. Vəzifə borcu heç bir zaman mükafata, hissə qurban verilə bilməz; özü də düşməni sevindirmək müqabilində. Əli Həsənovun sözlərindən isə belə çıxır ki, Azərbaycanın siyasi iradəsi erməniləri sevindirmək üçün humanizm nümayiş etdirir”.

Sözsüz ki, bunun belə olmadığını düşünən İlyas müəllim sadəcə Baş nazirin müavininin mədhiyyəçilikdə həddini aşdığına inanır: “Heyfsilənirəm ki, Azərbaycan prezidenti nə danışdığını bilməyən bu cür insanlarla işləyir”.

Azərbaycan məmurlarının postları laxlayan kimi günahlarını mədhiyyəçilik qabiliyyətləri ilə kompensasiya etdiklərini deyən İlyas İsmayılov Əli Həsənovun da bu qabiliyyət nümayişinə özünü qurban verdiyini bildirib: “Bilirsiniz ki, Əli Həsənov öz nəvəsinin güdazına getməkdən son anda qurtuldu. Nəvəsi avtoxuliqanlıqla canını aldığı Azərbaycan və Türkiyə vətəndaşlarının qanı qurumamış azadlığa buraxıldı. Üstəlik, zərərçəkənləri aldadaraq şikayətçi olmamalarını təmin etdiyi və sonra onlara verdiyi sözü yerinə yetirmədiyi ortaya çıxdı. Halbuki, cinayət prosesual qanunvericiliyə görə, bu cür hadisələrdə zərərçəkənlərin mövqeyi nəzərə alınmır, şikayət olmasa belə hadisəni törədənlər cəzalandırılırlar. Əli Həsənov isə bu işin səsi çıxmasın deyə, zərərçəkənləri susdurmağa çalışmışdı. Amma istədiyinə nail ola bilmədi. Türkiyə vətəndaşlarının şikayətləri qardaş mediada dərc olunan kimi Əli Həsənov da prezidentin ünvanına guya xoş sözlər deməklə yadda qalmaq istədi. Di gəl ki, bunu da bacarmadı. İlham Əliyev barədə elə mədhiyyə dedi ki, qaş düzəltmək əvəzinə göz çıxartdı”.

Güc çatdığı halda torpağı işğaldan azad etməməyin humanizmlə əlaqəsi olmadığını deyən partiya sədrinə görə, hərb sənətinin öz qaydaları var və Ali Baş Komandan da bu qaydalara uyğun hərəkət etməlidir: “Hərb sənətinin başlıca qaydasını isə böyük türk şairi Məhmət Akif Ərsoy belə ifadə edib:

“Bayraqları bayraq yapan üstündəki qandır,

Torpaq əgər uğrunda ölən barsa Vətəndir”.

Bütün Ali Baş Komandanlar da məhz bu qaydaya əməl edərək öz millətlərinin tarixində silinməz iz buraxırlar”.

Ədalət lideri, Əli Həsənovdan fərqli olaraq, indiki hakimiyyətin bu problemi həll etmək iqtidarında olmadığı üçün müharibədən yayındığına inanır. Onun sözlərinə görə, haklimiyyət Qarabağ problemini beynəlmilləlləşdirib və buna görə də guya müharibəyə başlacağı təqdirdə ciddi xarici təzyiqlərə məruz qalacağından çəkinir: “Sonda Əli Həsənova və digər hakimiyyət nümayəndələrinə Fransanın əfsanəvi generalı və prezidenti Şarl de Qolun məşhur bir kəlamını xatırlatmaq yerinə düşərdi: “Əgər doğrudan da müharibə ağılsızlıqdırsa, torpaqların düşmən tapdağı altında qalması və məğlubiyyətin etirafı bundan da betərdir”.

Paylaş:

Son Əlavələr

  • GÜNDƏM
  • XuralTAC

Milli Məclisdə Şuşa müzakirəsi – deputatlar üz-üzə gəldi

Milli Məclisin plenar iclasında çıxış edən deputat Vahid Əhmədov ordu rəhbərliyini tənqid etdi. O orduya rəhbərlik edənləri Azərbaycan dilini təmiz…

1 İyun 2020
  • GÜNDƏM
  • XuralTAC

Müdafiə Nazirliyi: Silah gücü düşmənlə danışılacaq yeganə dildir

Azərbaycan Ordusu işğal olunmuş əraziləri azad etmək üçün güc tətbiq etmək hüququndan mütləq istifadə edəcək. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin…

1 İyun 2020
  • GÜNDƏM
  • XuralTAC

“The Guardian”: Eldar Mahmudovun uşaqları Londonda çoxmilyonluq əmlaka sahibdirlər

Azərbaycanın keçmiş Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun övladları tərəfindən Londonda bir sıra dəbdəbəli mülklərin alındığı ortaya çıxıb. Virtualaz.org “The Guardian” qəzetinin…

1 İyun 2020
  • ARAŞDIRMA
  • GÜNDƏM
  • XuralTAC

Pompeonun 89 yaşlı atası zəhərlə öldürülüb?-ABŞ-ÇİN savaşında sui-qəsdlər-ARAŞDIRMA

Ərgün Dilər “Takvim”, Türkiyə, 29 may 2020-ci il   İlk gündən bu yana diqqəti ABŞ-la Çin arasında gedən ticarət savaşına,…

31 May 2020
  • GÜNDƏM
  • XuralTAC

Zakir Həsənovdan düşmənə xəbərdarlıq: “Bu dəfəki tədbirlər …tam fərqli olacaq!”

Mayın 30-da Mərkəzi Komanda Məntəqəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunun rəhbər heyəti ilə xidməti müşavirə keçirib. Müdafiə Nazirliyindən virtualaz.org-a …

30 May 2020
  • GÜNDƏM
  • XuralTAC

Əli Həsənovsuz media-nələr dəyişməlidir?

Prezident Administrasiyasının (PA) İctimai-siyasi məsələlər üzrə şöbə müdiri, Prezidentin köməkçisi Əli Həsənovun vəzifəsindən uzaqlaşdırılmasından 6 aya vaxt ötür. PA-da aparılan…

30 May 2020
Xural.COM