İlyas İsmayılovun oğlu öldürüldü – SON DƏQİQƏ

Sabiq deputat, Ədalət Partiyasının sədri İlyas İsmayılovun oğlu Etimad İsmayılov Türkiyədə qətlə yetirilib.

24saat.org   xəbər verir ki, Türkiyədə bizneslə məşğul olan Etimad İsmayılov öz ofisində güllələnib. Onun başına başından 2, ürəyindən isə bir güllə vurulub. O, xəstəxanaya çatdırılsa da, həyatını itirib.
Türkiyə medaisının yazdığına görə, qətli törədən Gözəl Dəmirov adlı şəxs hadisə yerindən qaçıb. Polis onun saxlanması üçün əməliyyat keçirir.

Qeyd edək ki, Etimad İsmayılov jurnalist Sevil Nuriyebanın həyat yoldaşıdır. Onlar bir neçə ildir ki, Türkiyədə yaşayırdılar.

Allah rəhmət etsin!

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button