İmamverdi İsmayılov “Şöhrət” ordeni ilə təltif edilib

Prezident İlham Əliyev İmamverdi İsmayılovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, İ. İsmayılov Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə təltif olunub.

Musavat.com İmamverdi İsmayılovun tərcümeyi-halından bəzi məqamları təqdim edir:

İmamverdi İsmayılov 1958-ci il iyunun 10-da Zəngilan rayonunun Vənətli kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini və Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirib.

1995-ci ildən (5 çağırış) Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır.

Parlamentin Azərbaycan-Avstraliya parlamentlərarası işçi qrupunun rəhbəridir.

İmamverdi İsmayılov uzun illər jurnalist fəaliyyəti göstərib. Əməkdar jurnalist, “Qızıl qələm” mükafatları alıb.

Evlidir, 3 övladı var.

Musavat.com İmamverdi İsmayılovu 60 illik yubileyi və “Şöhrət” ordeni ilə təltif edilməsi münasibətilə təbrik edir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button