“İmamzada” 200 gəncəli ailəyə Ramazan yardımı göndərdi-FOTOLAR

“Müqəddəs Ramazan ayının son günündə Gəncə şəhərində yerləşən tarixi “İmamzada” kompleksi tərəfindən şəhərin yardıma ehtiyac hiss olunan 200 ailəsinə Ramazan yardımı göstərilib”, – bu haqda xural.com əməkdaşına Gəncədə yaşayan sakinlərdən məlumat daxil olub. Məlumatda bildirilir ki, Ramazan bayramı münasibətilə şəhərin yardıma ehtiyac duyan müsəlmanlarına yardım göndərilib. O da bildirilib ki, “İmamzada” kompleksi belə yardımları koronavirus dönəmində də göstərib. Adının çəkilməsini istəməyən “İmamzada” kompleksi təmsilçisi “biz Allah üçün yardım edirik və bu haqda xüsusi təbliğata ehtiyac duymuruq. Kimə əlimiz çata bildisə, təbii ki, imkanlarımız daxilində yardım gösərə bildik. Kaş ki, daha çox ailəyə yardım edə bilsəydik və bütün imkanlarımızı səfərbər edirik ki, bu yardımların miqyasını artıraq. “İmamzada” kompleksinin rəhbəri Hacı Tahir Abbaszadənin, eyni zamanda şəhər rəhbərliyinin tapşırıqları ilə müsəlmanların bayram süfrələrinin ürəklərincə olmasını istəyirik. Biz şəhərimizi və mömin insanlara xidmət etməyi sevirik!” dedi.

Qeyd edək ki, yardım alan insanlardan bəziləri də əməkdaşlarımızla əlaqə saxlayaraq yardım aldıqlarını və razı qaldıqlarını bildiriblər.

 

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button