Rubrikalar: CƏMİYYƏT GÜNDƏM XuralTAC

“İmamzada” 200 gəncəli ailəyə Ramazan yardımı göndərdi-FOTOLAR

“Müqəddəs Ramazan ayının son günündə Gəncə şəhərində yerləşən tarixi “İmamzada” kompleksi tərəfindən şəhərin yardıma ehtiyac hiss olunan 200 ailəsinə Ramazan yardımı göstərilib”, – bu haqda xural.com əməkdaşına Gəncədə yaşayan sakinlərdən məlumat daxil olub. Məlumatda bildirilir ki, Ramazan bayramı münasibətilə şəhərin yardıma ehtiyac duyan müsəlmanlarına yardım göndərilib. O da bildirilib ki, “İmamzada” kompleksi belə yardımları koronavirus dönəmində də göstərib. Adının çəkilməsini istəməyən “İmamzada” kompleksi təmsilçisi “biz Allah üçün yardım edirik və bu haqda xüsusi təbliğata ehtiyac duymuruq. Kimə əlimiz çata bildisə, təbii ki, imkanlarımız daxilində yardım gösərə bildik. Kaş ki, daha çox ailəyə yardım edə bilsəydik və bütün imkanlarımızı səfərbər edirik ki, bu yardımların miqyasını artıraq. “İmamzada” kompleksinin rəhbəri Hacı Tahir Abbaszadənin, eyni zamanda şəhər rəhbərliyinin tapşırıqları ilə müsəlmanların bayram süfrələrinin ürəklərincə olmasını istəyirik. Biz şəhərimizi və mömin insanlara xidmət etməyi sevirik!” dedi.

Qeyd edək ki, yardım alan insanlardan bəziləri də əməkdaşlarımızla əlaqə saxlayaraq yardım aldıqlarını və razı qaldıqlarını bildiriblər.

Xural.com

Paylaş:

This post was last modified on 24 May 2020 1:57 səhər

Son Əlavələr

  • GÜNDƏM
  • XuralTAC

AİHM Leyla və Arif Yunusun işi üzrə qərarını elan edəcək

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) iyulun 16-da Azərbaycanlı hüquq müdafiəçiləri Leyla və Arif Yunusun işi üzrə qərarını elan edəcək. Niderlandda…

11 İyul 2020
  • GÜNDƏM
  • XuralTAC

“Olaylar” qəzeti və eyni adlı İnformasiya Agentliyi satışa çıxarıldı: “Alan varmı?”

“Olaylar” qəzeti və eyni adlı agentlik satışa çıxarılıb. Bu barədə qəzetin təsisçisi və Baş redaktoru Yunus Oğuz açıqlama yayıb. O,…

11 İyul 2020
  • GÜNDƏM
  • XuralTAC

XİN-in 3 əməkdaşı saxlanılıb

XİN-in Konsulluq İdarəsinin rəisi Faiq Bağırov Konsulluq məsələləri və sənədlərin təsdiqi şöbəsinin üçüncü katibi İlqar Əliyev, Konsulluq hüquq şöbəsinin müdiri…

11 İyul 2020
  • GÜNDƏM
  • XuralTAC

Şeyxdən erməni katalikosuna: “Kəlbəcərdə məktəb, xəstəxana açılışlarında nə gəzirsən?”

Bu gün Dilqəm Əsgərovla Şahbaz Quliyevimn Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etməyə gedərkən ermənilər tərəfindən girov götürülməsindən 6 il ötür. …

10 İyul 2020
  • GÜNDƏM
  • XuralTAC

Ayaz Mütəllibov: “Ramiz Mehdiyev öz əməlləri ilə digər vəzifə sahibləri üçün də nümunə olmalı idi…”

"Amma təəssüf... Çünki söhbət yalnız hakimiyyətin deyil, bütövlükdə dövlətin nüfuzundan gedir...” Son günlər  ölkə mətbuatında, sosial şəbəkələrdə  Prezident Administrasiyasının sabiq…

10 İyul 2020
  • GÜNDƏM
  • XuralTAC

Prokurorluq dirijorun rüşvət aldığını ifşa edib

Ölkənin “bütün” korrupsionerlərini tutan prokurorluq Dövlət Nəfəs alətləri orkestrinə, daha dəqiq isə, onun bədii rəhbəri Lütfi Qədirova keçib. Baş Prokurorluğun…

8 İyul 2020
Xural.COM