İmkanlı şəxs villasını kimsəsiz uşaqlar üçün sığınacaq etdi

usaq yatagi

Sığınacaq könüllülərin sayəsində fəaliyyət göstərəcək.

Azərbaycanın paytaxtında kimsəsiz və imkansız uşaqlar üçün sığınacaq açılıb, bu sığınacaq üçün imkanlı bir şəxs öz 3 mərtəbəli villasını verib.

baku.ws-a xəbər verir ki, bu təşəbbüs Zirvə Ziyalılar Təşkilatı (ZZT) tərəfindən edilib.

Təşkilatın rəsmisi Fatimə Babayevanın sözlərinə görə, artıq sığınacaqda tamamlama işləri görülür və yaxın günlərdə kimsəsiz və imkansız uşaqlar üçün hər cür şəraitlə təmin edilən məkan tam hazır olacaq.

“Mənzili bizə adının açıqlanmasını istəməyən imkanlı bir şəxs təqdim edib. Burada biz kimsəsiz və imkansız uşaqların pulsuz təhsil alması və zəruri ehtiyaclarının qarşılanması üçün çalışacağıq.

İnsanlardan bu cür uşaqların sığınacağımıza yönləndirilməsini xahiş edirik. Küçədə kimsəsiz uşaq görsəniz maraqlanın və bizə bildirin. Uşaqlar bu soyuqda küçələrdə qalmasın, xüsusilə də qız uşaqları”, – Babayeva deyib.

Fatimə Babayeva həmçinin qeyd edib ki, sığınacağa könüllü müəllimlər də axtarılır.

Uşaqlara pulsuz təhsil vermək istəyənlər sığınacaqla əlaqə saxlaya bilərlər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button