İmtahan yolu ilə 63 nəfər tibb müəssisələrinə işə qəbul olundu

images (5)30.07.2013

Səhiyyə Nazirliyinin tabeçiliyində olan müəssisələrə həkimlərin mərkəzləşdirilmiş qaydada işə qəbulu ilə bağlı müsahibədən keçən 63 nəfər işə qəbul olunub.

Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, 63 nəfərdən 49-u rayonlarda, 14-ü isə Bakı və Sumqayıt şəhərlərində işlə təmin olunub.

Vakant yerlərə 38 ixtisas üzrə 250 müraciət daxil olub. Müraciət edənlərin 208 nəfəri imtahanlarda iştirak hüququ qazanıb.

İmtahanların test mərhələsindən 126 nəfər məqbul alaraq müsahibə mərhələsinə buraxılıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button