İndi ev almaq məqamıdır

ARA prezidenti Vəfadar Axundov

Əmlak bazarında qiymətlər, iqtisadi göstəricilər və insanların güzəranı medianın aparıcı mövzularındandır.

İNDİ EV ALMAQ MƏQAMIDIR

«Azərbaycanda əmlak faktiki olaraq 30 faizdən çox ucuzlaşıb. Tam təmirli 55 kvadratlıq birotaqlı evi 30 min manata, yəni kvadratı 340 dollara təklif edən yeni massivlər var».

Azərbaycan Rieltorlar Assosiasiyasının (ARA) prezidenti Vəfadar Axundov bunu mənzil bazarının durumunu ANS Press-ə şərh edərkən bildirib.

V.Axundovun fikrincə, Azərbaycanda qiymətlər indi bir xeylaq düşüb:

«İndi ev almaq üçün ən əlverişli məqamdır. Əvvəllər bizim əmlak bazarı regionda ən yüksək idisə, indi tərsinədir. Devalvasiya üzündən real ucuzlaşma daha yüksək olub. Pulu olanlar, indi ev alsalar, uduzmazlar».

V.Axundovun deməsinə görə, əslində, əmlak bazarında qiymətlərin bir qədər də reallığa söykənməsinə ehtiyac var. O düşünür ki, əmlak bazarında qiymətlər hər bir işləyən adamın ipoteka yolu ilə özünə ev ala bilməsinə imkan yaradan səviyyədə olmalıdır: «Yəni, ayda 500 manat maaş alan 3-nəfərlik orta azərbaycanlı ailəsi ayda 150 manata yaxın ödəmə ilə, şəhər ətrafında ipotekaya birotaqlı ev götürmək imkanında olmalıdır».

V.Axundov hələlik bu həddə ucuzlaşmanın olmadığını deyir: «Hələ ki, mənzil qiyməti bu səviyyəyə qədər enməyib. Azərbaycan İpoteka Fondunun ipoteka kalkulyatoruna görə, bu cür evi 150 manata götürmək üçün 3-nəfərlik ailə ayda 700 manat qazanmalı və ilkin ödəniş üçün 5000 manata yaxın vəsaitə malik olmalıdır. Yəni, qiymətlər bir qədər də optimallaşmalıdır».

Azadliq.org

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button