İngilis bayrağı

Vasif İsmayıl

Hamı siyasətdən danışır – lap əcəb edir. İnsanların fikir bildirməsi gözəldir, düşünməsi lazımdır. Razıyam, bu, həmişə qurucu mövqedə ifadə edilmir. İnsanların əksəriyyəti siyasəti üstünlük qazanmaq, yıxıcılıq nəzər nöqtəsindən şərh edir.
Amma olsun. “İnsanlıq hali, olmazmı?”

Siyasət sevən insanlarımızın, xüsusilə də yıxıcı mövqedən çıxış edən dostların bir arqumenti var: hər dövlət öz marağını güdür.

Haqlıdırlar.

Hər dövlət öz maraqlarını güdməlidir.

Amma onlar bununla bir nəticəyə gəlirlər: hər dövlət öz marağını güddüyü üçün, güclü olan istədiyini edər, yıxar, tökər, dağıdar.

Bu nəticə kökündən yanlışdır.

Bax, alicənab insanla sərsərinin ikisi də yemək yeyir. Hər insan qida qəbul etməlidir axı.

Alicənab insan öz təbii ehtiyacı olan yemək yeməyi bir başqa cür nəzakət və səliqə ilə həyata keçirir.
Sərsəri isə marçıldadaraq, yeməyi ətrafına dağıdaraq və s.

Bu gün mədəni dünyada alicənablığın göstəricisi insan haqlarını və beynəlxalq hüququ öz maraqlarının önünə çıxarmaqdır.
Sırf öz dövlət maraqların belə tələb edir deyə insan haqlarının və beynəlxalq hüququ tapdalamaq olmaz – hamı sənə ən aşağı avara və “qopnik” kimi baxar.

Bir də ağıllı olmaq lazımdır. Hadisəni qiymətləndirərkən hadisə, şərait, motiv nəzərə alınaraq nəticə çıxarılmalıdır. Yoxsa “ingilis bayrağı əsən küləyə görə dalğalanır demək “xalturadır”.

Niyə elə dalğalanır və elə dalğalanmağa haqqı çatırmı – bax, budur əsas məsələ.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button