İngilislər rus təyyarələrinin qarşısını kəsdi

İngilis Hava qüvvələrinə aid reaktiv təyyarələr Baltik dənizi üzərində hava sahəsini pozmaq istəyən Rusiyanın 3 hərbi təyyarəsinin qarşısını kəsərək geri qayıtmağa vadar edib

Strateq.az xəbər verir ki, bunu ölkənin Müdafiə Nazirliyi yazılı açıqlamasında bildirib.

 Açıqlamada rus təyyarələrinin özlərini lazımi şəkildə tanıtmadığı və göndərilən mesajlara cavab vermədiyi bildirilir.

İngiltərə Müdafiə naziri Micheal Fallon hadisəni “rus təcavüzkarlığı” kimi xarakterizə edərək deyib: “Bu gərginlik İngiltərənin Baltik hava nəzarəti missiyasına töhfəsinin nə qədər əhəmiyyətli olduğunu göstərir. Rusiyanın bu təcavüzkar davranışına dərhal cavab verə bildik”.

İngiltərənin “Tyoon” tipi 4 təyyarəsi aprel ayında bölgəyə göndərilib və avqustun sonuna qədər burda xidmət göstərəcək.

Məlumata görə, İngilis təyyarələri öz missiyaları çərçivəsində bu günə qədər 17 dəfə havaya qalxıb və 40-dan çox Rus təyyarəsini geriyə uçmağa məcbur edib.

Strateq.az

Əlaqəli məqalələr

1 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button