İngiltərə millisi Avropa çempionatında yarımfinala yüksəlib

Yayımlandı: 7 İyul 2024 01:03

Türkiyə yığması Niderlanda uduzub

İyulun 6-da Almaniyada təşkil olunan Avropa çempionatında 1/4 final mərhələsinin son oyunları keçirilib.

Günün ilk oyunu Düsseldorfdakı “Esprit Arena”da, İngiltərə və İsveçrə yığmaları arasında olub. İngiltərə millisi 1/8 finalda Slovakiyanı 2:1 hesabı ilə məğlub etmişdi, İsveçrə yığması isə İtaliyanı mübarizədən kənarlaşdırmışdı – 2:0.

Saat 20:00-da başlayan qarşılaşmada ingilislər mərhələni keçən tərəf olublar. Oyunda əsas və əlavə vaxtda qalib müəyyənləşməyib – 1:1. Penaltilər seriyasında daha dəqiq olan İngiltərə yığması yarimfinala yüksəlib.

Foto: Reuters

1/4 finalın son oyununda Türkiyə millisi Niderlandla üz-üzə gəlib. Türkiyə 1/8 finalda Avstriyanı (2:1), Niderland millisi isə Rumıniyanı (3:0) məğlub etmişdi.

Saat 23:00-da başlayan matç Berlindəki Olimpiya stadionunda keçirilib. Oyun Türkiyə millisinin 1:2 hesablı məğlubiyyəti ilə bitib. Bununla da, Niderland yığması yarımfinala vəsiqə qazanıb. Niderland millisi yarımfinalda İngiltərə ilə qarşılaşacaq.

Avropa çempionatı iyulun 14-də başa çatacaq.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button