Rubrikalar: ARAŞDIRMA DÜNYA XuralTAC

İngiltərəni gözləyən qorxunc “Brexit” qiyaməti-ARAŞDIRMA

Olqa Samofalova

vzqlyad.ru, 30.11.2018

Böyük Britaniyanı İkinci dünya savaşından bəri ən güclü süqut gözləyir və bu, ucuz analitiklərin mənasız qondarması deyil, İngiltərə Bankının rəsmi proqnozudur. Ölkənin AB-dən çıxmasının – “Brexit” deyilənin – ssenarilərindən biri, ən azı, məhz belə səslənir. Hansı şəraitdə bu cür qiyamət qopa bilər və Britaniya tənzimləyicisi öz əhalisini niyə vahiməyə salır?

Böyük Britaniyanın Avropa Birliyindən uğursuz çıxışı halında Britaniya iqtisadiyyatını dörd aydan sonra sərt süqut və funt sterlinqi dərin ucuzlaşma gözləyir. İngiltərə Bankı öz araşdırmasında belə bir ssenari təsvir edib.

Çıxışın sərt ssenariləri artıq çox olub. Lakin İngiltərə Bankı, yəqin ki, bunlardan ən fəlakətlisini təqdim edib. “Brexit” ölkə üçün hətta on il qabaqkı (2008-ci il) kürəsəl böhranın nəticələrindən daha ağrılı ola bilər. İqtisadiyyat 2023-ə doğru 8% oturacaq, Britaniya funtunun kursu isə tam 25% çökəcək. “Bloomberg” xəbər verir – bu, Britaniya iqtisadiyyatının İkinci dünya savaşı dönəmindən bəri ən güclü düşüşü olacaq.

Böhran istisnasız olaraq Britaniyanın fəaliyyətinin bütün sahələrinə təsir edəcək. İnflyasiya 6,5%-ə çatacaq, halbuki 90-cı illərdən hətta 4% səviyyəsinə də yetməmişdi. İşsizliyin səviyyəsi 7,5%-ədək ikiqat artacaq, rifah səviyyəsi düşəcək və əhalinin ölkədən kütləvi axını başlanacaq. Həm yaşayış, həm də kommersiya əmlakının qiymətləri kəskin oturacaq – 30–50%.

Bu qədər radikal ssenarinin gerçəkləşməsində əsas şərt ÜTT-nin şərtlərilə deyil, AB ilə sövdələşməsiz və keçid dövrü olmadan “Brexit”-dir. Söhbət birinci növbədə ondan gedir ki, London Avropa Birliyi ölkələrilə indi malik olduğu ticari imtiyazları saxlamağa nail olmayacaq. Bu isə rüsumların və başqa ticari maneələrin meydana çıxacağını bildirir ki, bu da Britaniya iqtisadiyyatını yatırımçılar və yaşayış üçün artıq o qədər də maraqlı etmir. “Alor Broker”dən Aleksey Antonov deyir: “İngiltərə AB ilə ticari münasibətləri yenidən qurmalı olacaq, şirkətlər iştirakı saxlamaq istədiyi bütün ölkələrdə təmsilçilik açmalı, ticari rüsumların və inzibati xərclərin çoxalmasına pul itirməli olacaq”.

AMB-da hesab edirlər ki, Britaniyanın AB-dən sazişsiz çıxışı daha bir təhlükə yaradır – avrozonanın sabitliyi üçün. Səbəb yüksək əməliyyat xərcləri və bəzi ölkələrdə bankların hədsiz sayıdır. Britaniya bankları da böhran halında “yıxıla” bilər.

Bununla yanaşı, Böyük Britaniyanın sazişsiz AB-dən çıxması təhlükləsi tamamilə gerçəkdir. Britaniya müxalifəti “Brexit” üzrə AB ilə ölkənin baş naziri Tereza Meyin təklif etdiyi sazişə qarşı çıxış etmək istəyir. Parlamentdə səsvermə dekabrın 11-də olacaq. Müxalifətin məqsədi bu sazişləri pozmaq və AB-yə üzvlük və ÜTT-nin şərtlərilə blokdan çıxmaq haqda ikinci referendum keçirməkdir. Əlbəttə, İngiltərə bankı Meyin tərəfində oynayır və ehtimal ki, qiyamət proqnozlarıyla müxalifəti qorxutmaq istəyir.

Lakin Tereza Meyin “Brexit” üzrə Avropa Birliyi ilə bağladığı saziş Amerika prezidenti Donald Trampa da xoş gəlmir. Onun sözlərinə görə, bundan sonra Britaniya ABŞ-la ticarət müqaviləsi bağlaya bilməz, bu isə London üçün son dərəcə önəmlidir.

Antonov deyir: “Hakim partiyadakı ikitirəlik buna gətirib ki, görünür, İngiltərə əvvəlcə AB-də öz imtiyazlarını itirməli, sonra isə üzvlük haqqını ödəməyə borclu olduğu dövrdən keçməli və yalnız bundan sonra “normal iqtisadi həyat”a qayıtmağa cəhd etməli olacaq. Funt sterlinqin kursu 25% düşərsə, bu, ağır məsələ  olacaq”.

“Finam” ŞQ-dan Aleksey Korenyev deyir: “İngiltərə Bankı, doğrudan da, vahimə yaradıb. Onun bəyanatı çoxları tərəfindən yaxınlaşan “Armaqeddon” kimi qəbul edilib”.

Amma ekspertlər İngiltərə Bankından ən mənfi ssenarini ağlabatan da saymırlar. Ancaq burası da var ki, ən nikbininə də inanmırlar.

Antonov deyir: “Daha doğrusu, London və Brüsselin saziş əldə etdiyi, amma sonra həvəssiz əməkdaşlıq edəcəyi necəsə orta bir ssenari gözləmək olar. Funt bu zaman 2-3% möhkəmlənəcək, İngiltərə ÜDM isə cari artım tempini saxlayacaq”.

Qaldı ki Rusiyaya, Böyük Britaniya ilə ticarət bağlarımız o qədər güclü deyil ki, Brexit iqitsadiyyatımıza güclü təsir edə bilsin. Aleksey Korenyev deyir: “Ola bilsin, Rusiya qarşılıqlı ticarətin hansısa önəmsiz detallarında və işgüzar əməkdaşlıqda udacaq, nədəsə müəyyən çətinliklər meydana çıxa bilər. Amma bu problemlər o miqyasda deyil ki, vətən iqtisadiyyatının dinamikası və inkişaf yönünə təsir edən daha dəyərli amillər fonunda gözədəyən olsun”.

Rusiyanın mal dövriyyəsinin cəmi 2%-ə yaxını Birləşmiş Krallığın payına düşür. Antonov hesab edir: “Biz İngiltərəyə əsasən başqa bazarlara asanlıqla göndərilə biləsi, düzdür, Brexit nəticəsində arta biləcək xammal satırıq”.

O əlavə edir – neft və qaz qiymətlərinin sıçrayışından yayınmaq üçün Rusiyaya əlverişlidir ki, “Brexit” mümkün qədər yumşaq keçsin.

Həmsöhbətimiz yekun vurur: “Bu hadisə Rusiya üçün daha çox ölkə daxilində ikitirəlyiə yol verməmək baxımından önəmlidir, bizdə də belə dağıdıcı populizmə yol verməmək gərəkdir”.

Tərcümə Strateq.az-ındır

Paylaş:

This post was last modified on 1 Dekabr 2018 9:21 axşam

Son Əlavələr

  • GÜNDƏM
  • XuralTAC

Əbülfəs Qarayevin cəzalandırılma səbəbi bilindi-Tarixi xalçanı oğurlayıb özünə villa alan xanım səfirimiz kimdir?

Keçmiş Mədəniyyət naziri Əbülfəs Qarayevin cəzalandırılmasının bir səbəbi də aydın olub. Sən demə, naziri yanmasında İsveçrədəki səfirimiz Xanım İbrahimovanın da…

4 İyun 2020
  • GÜNDƏM
  • XuralTAC

Eldar Mahmudovun qızı atasını niyə şah obrazında təsəvvür edirdi?-Fotolar

Mətbuatda xəbər verildiyi kimi, beynəlxalq araşdırmaçı jurnalistlər qrupu Eldar Mahmudovun övladlarının Böyük Britaniya, Lüksemburq, İspaniya və Litvada 110 milyon dollara…

4 İyun 2020
  • GÜNDƏM
  • QAYNAR QAZAN
  • XuralTAC

Zaur Qəriboğlu ilə “Siyasət meydanı”: “Maskanı xalqımıza kim yüklədi, cərimələr niyə əfv olunmur?”-VİDEO

3 iyun 2020-ci il, saat 19:00-da canlı yayında Xural TV-nin “Siyasət meydanı” verilişində Xural TV-nin təsisçisi və baş redaktoru Əvəz…

4 İyun 2020
  • GÜNDƏM
  • QAYNAR QAZAN
  • XuralTAC

Tural Abbaslı “Siyasət meydanı”nda: “Göyə sovrulan milyardlar, səfalət içində yaşayan xalq…”-VİDEO

03 iyun 2020-ci il, saat 17:00-da canlı yayında Xural TV-nin “Siyasət meydanı” verilişində Xural TV-nin təsisçisi və baş redaktoru Əvəz…

4 İyun 2020
  • GÜNDƏM
  • XuralTAC

Dövlət Səfərbərlik Xidməti “Siyasət meydanı”nda səslənən fikirlərə görə “Xural”a cavab göndərdi-QARŞI TƏRƏF

Müharibə və Sillahli Qüvvələr veteranı, ehtiyatda olan polkovnik Rasim Şirinov "Siyasət meydanı"nda səslənən bəzi fikirlərə cavab verib. Xural.com qarşı tərəfin…

3 İyun 2020
  • GÜNDƏM
  • QAYNAR QAZAN
  • XuralTAC

Qüdrət Həsənquliyev “Siyasət meydanı”nda: “Müharibədən başqa çarə yoxdur…”-VİDEO

2 iyun 2020-ci il, saat 21:30-da Xural TV-nin “Siyasət meydanı” verilişində Xural TV-nin təsisçisi və baş redaktoru Əvəz Zeynallı BAXCP…

3 İyun 2020
Xural.COM