İntiqam Əliyev 6 saylı Cəzaçəkmə Müəssisinə köçürüldü

7 il 6 ay azadlıqdan məhrum edilən Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyev Bakı İstintaq Təcridxanasından cəzaçəkmə müəssisəsinə köçürülüb. İntiqam Əliyev cəzasının qalan hissəsini 6 saylı cəzaçəkmə müəssəsində çəkəcək. Müəssə Bakı şəhəri Nizami rayonunda yerləşir.

xural.com-a daxil olan məlumatda bildirilir ki, bundan bir müddət əvvəl 6 saylı həbsxananın rəisi Əli Əmirovun məhbuslara işgəncə verilməsilə bağlı mətbuatda məlumatlar yayılmışdı – http://www.azadliq.org/content/article/25155260.html 

Düzdür, sonradan həbsxana rəisi bu məlumatları təkzib etsə də, şikayətçilər də dediklərinin üstündə dayanmışdılar.

Xatırladaq ki,  həbsdə olan Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam ƏliyevBakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda   çıxışında  bildirib ki, əsassız yerə həbs olunub. Məhkəmənin hökmünə əsasən, İntiqam Əliyev 3 il hər hansı vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İntiqam Əliyev Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 192.2-ci (qanunsuz sahibkarlıq) və 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddələri ilə təqsirli bilinir.

Beynəlxalq insan haqları təşkilatları İntiqam Əliyevin heç bir əsas olmadan, siyasi motivlər əsasında həbs edildiyini bildirir və dərhal həbsdən azad olunmasını tövsiyə edir.

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button