İntiqam Əliyevi “şüşə kabinə”dən çıxarmadılar

Hüquq müdafəçisinin apellyasiya şikayətinə baxılır

Bakı Apellyasiya Məhkəməsində Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri, hüquq müdafiəçisi İntiqam Əliyevin barəsindəki hökmdən verilmiş apellyasiya şikayəti üzrə ilkin baxış iclası keçirilib. xural.com bizimyol.info-ya istinadən xəbər verir ki, prosesə hakim Mirzəli Abbasov sədrlik edib.

İclasda təqsirləndiriləmn şəxsin vəkili Cavad Cavadov vəsatətlər verib. O bildirib ki, İntiqam Əliyev iclas zamanı şüşə kabinədə saxlanıldığı üçün lazım olduqda vəkilləri onunla  məsləhətləşə bimir. “Bu isə müdafiə  etdiyim şəxsin müdafiə hüququnun pozulmasıdır və Avropa Konvensiyasının 6-cı maddəsi ilə ziddiyyət təşkil edir” – deyən C.Cavadov İ.Əliyevin şüşə kabinədən çıxarılaraq, vəkillərinin yanında oturmasına icazə verilməsini xahiş edib. Vəkilin digər vəsatəti apellyasiya baxışı üzrə məhkəmə iclaslarının audioyazılış və videoçəkilş edilməsinə icazə verilməsi ilə bağlı olub.
Cavad Cavadov həmçinin bildirib ki, Bakı Ağır Cinayətlər Məhkəməsində işə baxılarkən, İntiqam Əliyevin imza nümunələrinin xəttşünaslıq ekspertizasına göndərilməsi ilə bağlı vəsatət versələr də, təmin edilməyib. O, məhkəməyə sənəd təqdim edərək Varşava universitetinin professoru tərəfindn verilmiş rəyin məhkəmədə tədqiq edilməsini xahiş edib.
Növbəti vəsatət İntiqam Əliyevib barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilərək, girov və ya ev dustaqlığı qətimkan tədbiri ilə əvəzlənməsi və apellyasiya şikayətinə məhkəmə istintaqı ilə baxılması barədə oldu.
Digər vəkil Fəxrəddin Mehdiyev də vəsatətləri dəstəkləyib. İntiqam Əliyev ilk olaraq şüşə kabinədən çıxarılması ilə bağlı vəsatətə münasibət bildirib. O qeyd edib ki, vəkilləri ilə məsləhətləşə bilməməsi ilə yanaşı, məhkəmə zalında danışılanları da demək olar ki, eşitmir. Bu səbəbdən də digər vəsatətlərə kabinədən çıxdıqdan sonra münasibət bildirəcəyini dedi.
Dövlət ittihamçısı İ.Əliyevin şüşə kabinədən çıxarılması ilə bağlı vəatətin təmin edilməməsini istədi. Prokuror çıxış edənrkın İ.Əliyev bir neçə dəfə şüşəni döyərək, heç nə eşitmədiyini bildirdi.
Hakimlər yerində müşavirə edərək, vəsatətin təmin olunmadığını elan etdilər. Bu, müdafiə tərəfinin narazılığına səbəb oldu. Vəkil Cavad Cavadov bildirdi ki, hətta Bakı Ağır Cinayətlər Məhkəməsində işə baxılarkən də İ.Əliyevin dəmir barmaqlılardan çıxarılaraq, vəkillərinni yanında əyləşməsinə icazə verilib. Hakim isə artıq qərar qəbul edildiyini və dəyişməyəcəyini bildirdi.
Vəkil Cavad Cavadov İntiqam Əliyevlə məsləhətləşmək üçün hakimdən icazə aldı. Lakin vəkil kabinəyə daxil olmaq istəyən zaman konvoy onun qolundan yapışaraq, içəri daxil olmasına mane oldu. Vəkil hakimə bildirdi ki, konfoy ona qarşı fiziki kobudluq edir və görüşə şərait yaradılmasını xahiş etdi. Konvoy nəfəri isə bildirdi ki, heç kimin məhkumla kamerada tək qalmasına icazə verilmir. Vəkil və İntiqam Əliyev buna etiraz edərək, vəkillə görüşün konfedensiallığının pozulduğunu deyiblər.
Daha sonra dövlət ittihamını müdafiə edən prokuror digər vəsatətlərə münasibət bildirərək, vəsatətlərin təmin edilməməsini istəyib. İntiqam Əliyev yenə də bir neçə dəfə kabinənin şüşəsini döyərək, heç nə eşitmədiyini bildirdi.
Hakimlər vəsatətlərin heç birinin təmin edilməməsi ilə bağlı qərarı elan edib.
Beləliklə, İntiqam Əliyev barədə həbs-qətimkan tədbiri dəyişdirilmədən, audio-videoyazı olmadan və məhkəmə istintaqı aparılmadan keçiriləcək məhkəmə baxışı iyulun 21-i saat 11.00-a təyin edilib.
İntiqam Əliyev 8 avqust 2014-cü il tarixində həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 192.2-ci (qanunsuz sahibkarlıq) və 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddələri ilə ittiham elan edilib. Aprelin 22-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Əliyevə 7il 6 ay cəza verilib. Lakin o, ittihamıarı qəbul etməyərək, həbsinin siyasi sifariş olduğunu bəyan edib. «Amnesty İnternational» təşkilatı İ.Əliyevi “vicdan məhbusu” kimi tanıyıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button