İP Türkiyə və Azərbaycan münasibətlərini müzakirə edəcək

 İctimai Palatanın Koordinasiya Şurasının növbəti iclası keçirilib. İP Koordinasiya Şurasının üzvü Aqil Səmədbəyli bu barədə məlumat verib. Onun sözlərinə görə, iclasda görülən və həyata keçirilməsi nəzərdə tutulan işlər, ictimai-siyasi vəziyyət, xüsusilə İsrail-Türkiyə və Azərbaycan-Türkiyə münasibətləri müzakirə mövzusu olub. Koordinasiya Şurası Azərbaycan-Türkiyə münasibətlərinin arzu olunan müstəvidə inkişaf etmədiyi qənaətinə gəlib. Sentyabrın 28-də “Türkiyə-Azərbaycan münasibətləri dünən, bu gün” mövzusunda dəyirmi masa keçirilməsi barədə qərar qəbul edilib. İclasda İP-nin həbsdə olan üzvlərinin işi üzrə məhkəmə prosesinə də diqqət yetirilib və bəzi vəkillərin prosesdən uzaqlaşdırılması halları pislənib.

“Xural”qəzeti,

il 9, sayı: 039 (447), 22 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button