İqbal Ağazadə Mehmandarov küçəsində seçicilərlə görüşdü

“Yanvarın 25-də 35 saylı Xətai 3-cü seçki dairəsindən deputatlığa namizəd, Ümid Partiyasının sədri İqbal Ağazadənin Xətai rayonundakı Mehmandarov küçəsi 68 ünvanında yaşayan sakinlərlə görüşü keçirilib”-, bu haqda xural.com-a İqbal Ağazadənin seçki qərargahından məlumat veriblər.
Verilən məlumata görə, axşam saatlarında baş tutan görüşdə yüzlərlə seçici iştirak edib. Havanın soyuqluğuna baxmayaraq, əvvəlki görüşlərdə olduğu kimi bu dəfə də izdiham müşahidə olunub. Deputatlığa namizəd çıxış edərək seçicilərin məhəlli problemlərinə, eləcə də ölkə səviyyəsindəki problemlərə toxunduqdan sonra sakinlər İqbal Ağazadəyə ötən seçkilərdə olduğu kimi bu parlament seçkilərində də dəstək verəcəklərini ifadə ediblər. Deputatlığa namizəd də öz növbəsində ona açıq dəstək ifadə edən seçicilərə təşəkkürünü bildirib və onları fevralın 9-da hamılıqla səsvermə məntəqələrinə dəvət edib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button