İqbal Ağazadə seçiciləri ilə görüşdü: “Bu vətən üçün şəhid olmağa hazıram”-FOTO

İqbal Ağazadənin Gəncə Prospektində növbəti görüşü olub. İqbal Ağazadənin seçki qərargahından xural.com-a daxil olan xəbərə görə, 35 saylı Xətai üçüncü Seçki Dairəsindən deputatlığa namizəd, Ümid Partiyasının sədri İqbal Ağazadə növbəti görüşünü yenə də Gəncə Prospektinin sakinləri ilə keçirib. Yüzlərlə insanın qarşısında çıxış edən namizəd məhəlli və ümumrespublika problemlərindən danışıb, onların həll yollarını dilə gətirib.​

İlk növbədə 20 yanvar şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edilib.

20 yanvar hadisələrindən danışan Qarabağ qazisi İ.Ağazadə qeyd edib ki: “Əgər tarixə nəzər salsaq görərik ki, Azərbaycan xalqı həmişə torpaqlarını itirə-itirə gəlib. Biz isə həmişə susmuşuq. Elə susduğumuza görə də növbəti dəfə torpaqlarımıza göz dikiblər. Əgər Qarabağa görə də sussaq, növbəti torpaq itkimiz olacaq, deyə bilmərəm hara olacaq, amma olacaq. Biz torpağımızı işğaldan azad etməliyik. Sülh yoludursa, sülh yolu ilə, müharibədirsə, müharibə. Mən 20 yaşımda gedib Qarabağda vuruşmuşam. 30 il keçib. Lazım olsa bu yaşımda da gedib vuruşaram”.

Sonda İ.Ağazadə sakinləri bir-bir dinlədi, suallarını cavablandırdı. Sakinlər isə onu dəstəklədiklərini bildirib seçkidə mütləq iştirak edəcəklərini qeyd etdilər.

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button