İqbal Ağazadədən İTV-yə kəskin sözlər: “Mədəniyyət Nazirliyi hara baxır?”

Ümid Partiyasının sədri İqbal Ağazadə özünün facebook səhifəsində status paylaşıb. Status İctimai Televiziyada dinlədiyi küçə mahnılarına həsr olunub. Xural.com İctimai kanalı tənqid edən sabiq deputatın statusunu təqdim edir – “bəlkə ibrət götürələr” düşüncəsi ilə.

“İctimai Televiziyada təsadüfən Eyyub Yaqubovun konsertindən fraqmentlərə baxdım.

Utandım – İTV rəhbərliyi adına, mədəniyyət naziri adına.

Mən Eyyub Yaqubovu qınamıram. Onun oxuya biləcəyi musiqinin sözləri bu qədər ola bilər. Bəs Mədəniyyət Nazirliyi, televiziya rəhbərliyi hara baxır?

“Ağabala Çaykovski”, “arvadı moskovski”, “sovetski” – kriminal xəbərlərdə adı birinci, fəxr ediləsi adamlar və s…

Nə demək bu, cənablar? Dilimiz qorunmur, bayağı musiqilər və nəticə olaraq, insanların musiqi zövqü korlanır.

Ən nəhayətdə, kriminal həyata çağırış edən bu mahnıları oxuyan xalq artistidir…

P.S. Görəsən cibinə narkotik atılıb tutulan gənclərimiz qarşısında utanan oldumu?”

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button