İqbal Ağazadə Mehsaya azadlıq tələb etdi!

mehsa mehdiliÜmid Partiyası İranı pisləyən bəyanat verdi!
Türkiyənin Ankara şəhərində yaşayan Cənubi Azərbaycanlı fəal, Türkiyədə Yaşayan Azərbaycanlı Türklərin I Qurultayının iştirakçısı, Cənubi Azərbaycan Türk kimliyinin təbliğatçısı Mehsa Mehdili (Mehdizadə) ailə problemləri səbəbilə getdiyi İran İslam Respublikasında 21 avqust tarixində İran Xüsusi Xidmət orqanı olan ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) tərəfindən tutuqlanıb.
Aidiyyatı orqanlar nə ailəsinə, nə də mətbuata Mehsa Mehdili(Mehdizadə)nin həbs səbəbini və harada saxlanıldığı barədə acıqlama verməyib.
Türk olduğunu qorxmadan, qürurla bəyən edən Mehsa Mehdili (Mehdizadə) əsl Azərbaycan qadını, mərd xanımdır.
Biz İran dövlətini anti-türk siyasəti yürütməkdən, heç bir günahı olmayan insanları qanunsuz həbs etməkdən vaz keçməyə, Mehsa Mehdili(Mehdizadə)ni ən qısa müddətdə azadlığa buraxmağa çağırırıq. XXI əsrdə bu baş verənlər insan haqlarına, beynəlxalq hüquqa ziddir, vandallıqdır. Bütün bu baş verənləri milli zəmində insanlar arasında ayrı-seçkilik kimi qiymətləndirir, olanlardan çox narahat olduğumuzu bildiririk.
Ümid Partiyası Mehsa Mehdilinin (Mehdizadə) həbsini pisləyir, onun dərhal azadlığa buraxılmasını tələb edir. Eyni zamanda, bütün beynəlxalq ictimaiyyəti Mehsa Mehdilinin (Mehdizadə) hüquqlarının bərpa olunması uğrunda sona qədər mübarizə aparmağa çağırır.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button