İqbal Ağazadə niyə sənədsiz gəzir?

Deputatın mühafizəçisi də sənədsizdir…

Ümid Partiyasının (ÜP) sədri, deputat İqbal Ağazadə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia ilə görüşüb. Amma görüş insidentsiz də ötüşməyib. XuralTAC əməkdaşları ATƏT-in Bakı Ofisinə məktublarımızı çatdırarkən maraqlı səhnənin şahidi olublar. Görüş üçün gələn ÜP sədrini yuxarı, cənab səfir Roland Kobianın yanına buraxmayıblar. Buna səbəb deputatın üzərində şəxsiyyətini təsdiq edən heç bir sənədin olmaması olub. Üzərində sənəd götürməkdənsə qara-qışqırıq salan İqbal Ağazadə görüşdən imtina etməyə hazır olduğunu desə də, nəticədə mərkəzlə əlaqə saxlayan yetkili onu görüşə buraxıb. «Heç olmasa bir sənəd təqdim edin» tələbinə deputatın «Mən üzərimdə sənəd gəzdirirəm? Dəvət edibsiniz gəlmişəm, buraxmırsınız, buranı tərk etməyə hazıram» deyə kobudluqla cavab verib.

Görüşə buraxılan deputatın bundan sonra da qara-qışqırığı davam edib. Sən demə, onun yanındakı mühafizəçisinin də sənədləri yox imiş. Görəvli mühafizəçinin adını siyahıya yazandan sonra onu da 11-ci mərtəbəyə buraxıb.

XuralTAC

“Xural” qəzeti,

İl: 9, sayı: 020 (428), 22 may-04 iyun 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button