İqbal Ağazadə Xural TV-ni təbrik etdi

Canlı yayına çıxmasının 2 illiyinə görə...

6 il əvvəl – 2015-ci ilin aprel ayının 3-də ilk videosu yerləşdirilən Xural TV İnternet Televiziyasının canlı yayına keçməsinin 2 ili tamam olur.

Xural Tv qısa müddət ərzində özünə kifayət qədər tamaşaçı toplayaraq, böyük bir yol qət edə bilib.

Efir məkanında fərqli düşüncəyə yer verən, obyektivliyi hər zaman gözləyən, medianın qızıl qaydalarına əməl edən Xural Tv Azərbaycanda ən çox izlənilən internet televiziyalarından birinə çevirilib.

Dövlətin, dövlətçiliyin, milli-mənəvi dəyərlərimizin qorunmasının, işğalda olan torpaqlarımızın azad olunmasının təbliği istiqamətində böyük xidmətləri olub. Məmur özbaşınalığını, ölkədə olan problemləri hər zaman öz efirindən tənqid edib. Hüququ tapdanan vətəndaşlarımızın problemlərinin işıqlandırılmasından heç zaman çəkinməyib.

Ümid Partiyasının sədri İqbal Ağazadə və partiyanın Rəyasət Heyəti Xural TV-nin rəhbəri Əvəz Zeynallını və televiziyanın bütün kollektivini təbrik edir, fəaliyyətlərində və şəxsi həyatlarında uğurlar arzulayır.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button