İqdırlı aydınlar Azərbaycanı ziyarət ediblər

Iğdır

«Sınav» dərsanələri baş direktoru Sərdar Kavza: «İqdırda erməni dili bölümü açılmayacaq!»

«Sınav» dərsanələri baş direktoru Sərdar Kavza və «Sınav» dərsanələrinin İqdır şöbə müdiri Yaşar Qaradağ Azərbaycana ziyarətə gəliblər. Bir müddət dövlət vəzifələrində çalışan və artıq bu vəzifələrindən ayrılan ziyalıların səfəri ölkəmizlə tanış olmaq, yeni qurulan təhsil mərkəzləri üçün fikir mübadiləsi aparmaq, Azərbaycan təhsilinin Türkiyə təhsili ilə mübadilə məsələsini müzakirə etməkdir. Heç bir siyasətə qarışmayan, yalnız ölkələrarası mədəni əlaqələrin qurulmasında axtarışlar aparan Sərdar Kavza və Yaşar Qaradağ bu məqsədlə Azərbaycana ziyalı və qeyri-hökumət təşkilatları ilə görüşüblər. Beynəlxalq Diaspora Mərkəzinin sədri İsmayıl Ağayevlə görüşən qrup qarşıda duran məsələlərdən bəhs edib, ölkələrarası münasibətlərdən danışıblar. Sərdar Kavza və Yaşar Qaradağ daha bir neçə deputatla görüşmək planlaşdırır. Bundan başqa, təhsil mütəxəssisləri Diaspora Məsələləri üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovla görüşməyi planlaşdırır.

Əlaqə saxladığımız qrup rəhbəri Sərdar Kavza faydalı görüşlər keçirdiklərini söylədi: «Son günlər İqdır Universitetində Erməni dili və Ədəbiyyatı bölümünün açılması həm İqdırda, həm də Azərbaycanda gündəmi işbal edib. Biz İqdırda bunun əleyhinə çox işlər gördük. Amma Azərbaycanın da bu məsələdə bizə dəstək verməsi lazımdır. Çünki azərbaycanlıların yeganə kompakt yaşadığı şəhər İqdırdır. Ona görə də erməni dili fakültəsini burada açırlar. Gedib Ankarada, İstanbulda açsınlar, niyə açmırlar? Xeyir ola! Biz bu məsələdə qərarlıyıq və əminik ki, İqdırda erməni dilində fakültə açılmayacaq!»

XuralTAC

“Xural” qəzeti
il: 9, sayı: 049(409), 09-15 yanvar 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button