İqtidar Strasburqa hansı deputatları yollayır?

Milli Məclisin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sessiyada Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, Azərbaycanın AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçılıq etdiyi deputat qrupu iştirak edəcək. Nümayəndə heyətinin tərkibinə deputatlardan Elxan Süleymanov, Sevinc Fətəliyeva, Qənirə Paşayeva, Rafael Hüseynov, Sabir Hacıyev, Rövşən Rzayev, Aydın Abbasov, Fazil Mustafa və Fəzail İbrahimli daxildirlər. Sessiyada Avropa Şurasına üzv dövlətlərin humanitar fəlakətə uğramış ölkələrə yardım imkanları, Türkiyədə son parlament seçkilərinin müşahidəsinin nəticələri, AŞPA-da demokratiya üzrə tərəfdaş statusu almaq üçün Fələstin Milli Şurasının müraciəti, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının 2010-2011-ci illərdə fəaliyyəti, Ermənistanda demokratik təsisatların vəziyyəti, insan haqları və terrorizmlə mücadilə, internetdə və “on-line” mediada məxfiliyin qorunması, sənədsiz miqrant uşaqların vəziyyəti və digər mövzularda fikir mübadiləsi aparılacaq. İclaslarda azərbaycanlı deputatlar çıxış edəcək, gündəlikdəki məsələlərə münasibət bildirəcəklər.

“Xural” qəzeti,

il 9, sayı: 049 (457), 02 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button