İqtisadçı Fərid Mehralızadənin saxlandığı bildirilir

İqtisadçı Fərid Mehralızadə saxlanıb.

Bu barədə AzadlıqRadiosuna onun yaxınları məlumat verib.

Yaxınlarının sözlərinə görə, o, Bakıda evindən çıxarkən saxlanaraq qara avtomobilə aparılıb: “Bir neçə saat sonra onu evə gətiriblər və evdə axtarış aparılıb. Daha sonra onu Bakı şəhər Baş Polis İdarəsinə aparıblar. Hazırda oradadır”.

Daxili İşlər Nazirliyindən isə “Turan”a bildirilib ki, F.Mehralızadə polisə dəvət olunub, araşdırma aparılır. Nazirlikdən əlavə məlumat verilməyib.

Son altı ayda Azərbaycanda aralarında ToplumTV, AbzasMedia nəşrinin əməkdaşları da olmaqla qruplar halında 20-yə qədər jurnalist, ictimai fəal həbs edilib. Onlar, əsasən, qaçaqmalçılıqda ittiham edilirlər. Amma ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifariş ilə izah edirlər.

Rəsmilər isə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslar ilə həbs edilmir.

Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında 250-300 siyasi məhbus var. Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbus olması ilə bağlı deyilənləri də qəbul etmirlər. Onlar vurğulayırlar ki, siyasi məhbus siyahısında yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button