İrəvanda aksiyalar bərpa edildi, vətəndaş itaətsizliyi elan olundu

İki günlük fasilədən sonra Ermənistan paytaxtında etiraz aksiyaları yenidən bərpa edilib.

Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir.

Məlumata görə, müxalifət lideri, deputat Nikol Paşinyanın çağırışından sonra çoxsaylı etirazçılar yerli vaxtla saat 12.00-dan etibarən İrəvanın mərkəzi küçələrinə axışıblar və yürüş başlayıb.

N.Paşinyan bazar günündən etibarən vətəndaş itaətsizliyinin davam etdiriləcəyini bəyan edib. Hərəkatın lideri özü isə saat 17.00-da Fransa meydanından başlayacaq və Respublika meydanına istiqamət götürəcək yürüşə qatılacağını elan edib. Saat 19.00-da isə izdihamlı mitinq keçiriləcək.

Paşinyan aprelin 29-30-da aksiyaların davam etdiriləcəyini bildirib. Onun məqsədi mayın 1-də keçiriləcək parlamentin xüsusi iclasında baş nazir postuna seçilməsidir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button