İrəvanda yenidən kütləvi etiraz aksiyası başlayıb – FOTOLAR

Baqramyan prospektində artıq polis qüvvələri toplaşmağa başlayıb.

Ermənistanın paytaxtı İrəvanda yenidən etiraz aksiyası başlayıb.

xural.com-un apa-ya istinadən verdiyi xəbərə görə, elektrik enerjisi tariflərinin artmasına etiraz edən aksiya  iştirakçıları  prezident sarayına yürüş edərək dövlət başçısından tariflərin artırılması barədə qərarın ləğv edilməsini tələb etmək niyyətindədirlər.

Etirazçılar Tumanyan küçəsi ilə yürüş edərək Baqramyan prospektinə çıxmağı planlaşdırırlar.

Məlumata görə, Baqramyan prospektində artıq polis qüvvələri toplaşmağa başlayıb.

Qeyd edək ki, ötən gün analoji etirazlar zamanı polis və etirazçılar arasında qarşıdurma baş verib, 237 etirazçı saxlanılıb.

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button