Tanınmış telejurnalist İradə İsaq ANS-in qurucusu, tanınmış jurnalist Vahid Mustafayevi ad günü münasibətilə təbrik edib. Duyğulu və qədirşünaslıq yağan təbrikində İradə İsaq jurnalistikanın inkişafında Vahid Mustafayevin və ANS-in rolundan bəhs edib. İndiki zamanda bu münasibət xüsusi qeyd olunmalıdır. Xural.com İradə İsaqın facebook statusunu təqdim edir:
“Vahid Mustafayev… Bu gün onun ad günüdür. Ona adımı, imzamı borcluyam. Onun kimi TV-ni bilən, quran çətin olar. Hamımız Vahid Naxışın şinelindən, Seyfulla müəllimin iclaslarından çıxdıq. Nəinki mənim, bu gün özünə telejurnalist deyib fəxr edən onlarla jurnalistin çiynində onun möhürü var.
“Dalaşqandır” dedilər, son dəqiqəyə qədər mənimlə “siz”lə danışdı.
“Əxlaqsızdır” dedilər, bir dəfə hansısa işçisinə sataşdığını görmədim.
Bəli, gözümün qabağında bir operatoru vurmuşdu. Amma adam layiq idi. Vahid müəllim haqlı idi.
Bəlkə haqsız olduğu məqamlar da olub.
Amma adam “vizyon”umuzu açdı. “Çıxın qəlibinizdən” dedi. Novator idi, fərqli idi, cəsarətli idi, xarizmatik idi. Qurduğu ANS üçün ölümə gedərdik biz, işləmirdik ki, elə bilirdik orada əsgər kimi vətənə xidmət edirik. O, bizə işimizi, vətənimizi sevməyi öyrətdi.
Avropanı, Rusiyanı görməyi öyrətdi bizə. “Məsələyə fərqli tərəfdən baxın” dedi.
Hə, sərt idi qaydaları, amma nizam-intizam vardı.
Hər şey dedilər, o tökdü, mən yığdım. Və nə qədər xoşbəxtəm ki, mənim yolum ANS-dən keçdi.
Bir ömür yeri görünəcək həyatımızda ANS-in.
Çox yaşayın, Vahid müəllim. Üstümüzdə haqqınız var. Başqalarını bilmirəm, mən haqqı dana bilmərəm. Sizdən çox şey öyrəndim. Hər şey üçün təşəkkür edirəm!”
Xural.com
Buradan Azərbaycan hakimiyyətinə, eləcə də Cenevrə Konvensiyasına qoşulan bütün ölkələrin Azərbaycandakı səfirliyinə müraciət edir və…
Xural.com Xural TV-də Selcan Zeynallının aparıcılığı ilə yayınlanan "Xural Xəbər" proqramının 15-ci bölümünü təqdim edir:…
Xural Media Qrupunun rəhbəri Əvəz Zeynallı 8 aprel 2021-ci il, saat 19:00-da canlı yayında Xural…
Xural Media Qrupunun rəhbəri Əvəz Zeynallı 7 aprel 2021-ci il, saat 17:00-da canlı yayında Xural…
Xural Media Qrupunun rəhbəri Əvəz Zeynallı 8 aprel 2021-ci il, saat 15:00-da canlı yayında Xural…
Xural.com Xural TV-də Selcan Zeynallının aparıcılığı ilə yayınlanan "Xural Xəbər" proqramının 013-cü bölümünü təqdim edir:…
Şərh yazın