İran hakimiyyəti Məhsa Əminiyə çatacaq Saxarov mükafatını müsadirə edib
İran hakimiyyəti Avropa Parlamentinin Məhsa Əminiyə verdiyi nüfuzlu Saxarov mükafatını müsadirə edib. 2022-ci ilin sentyabrında guya hicab düzgün bağlamadığına görə polisin saxladığı Əmini üç gün sonra vəfat edib. Onun ölümü ölkədə hökumətə qarşı geniş etirazlara səbəb olub, İran qadınlarının hüquqları uğrunda mübarizənin simvoluna çevrilib.
Mükafatın dekabrın 23-də Tehran aeroportunda təhlükəsizlik qüvvələri tərəfindən müsadirə olunması haqda Norveçdə yerləşən “Hengaw” insan haqları təşkilatı və Fransada yerləşən Kürdüstan İnsan Haqları Şəbəkəsi məlumat yayıb. Əmini ailəsinin vəkili Saleh Nikbaxt mükafatı ölkəyə gətirib ailəyə verməyi planlaşdırırdı.