Rubrikalar: GÜNDƏM XuralTAC

İran İnqilab Keşikçiləri etirazlar durmazsa, qəti addım atacaqlarını deyib

Dövlət mediası xəbər verir ki, ən azı 100 bank və onlarla bina və maşın yandırılıb

İranın İnqilab Keşikçiləri hökumət əleyhinə etirazçılara xəbərdarlıq ediblər ki, benzin qiymətindəki artımla bağlı narahatlıqlarını dayandırmayacaqları təqdirdə onlara qarşı sərt təhlükəsizlik tədbirləri həyata keçirilə bilər, “Reuters” xəbər verir.

Cümə günündən etibarən benzinin ən az 50 faiz qiymət artımı elanları ilə başlayan etirazlarda nümayişçilərin əsas tələbi rəhbər din xadimlərinin istefası olub. Dövlət mediası xəbər verir ki, ən azı 100 bank və onlarla bina və maşın yandırılıb.

İğtişaşların miqyası bəlli deyil. Hakimiyyət mitinqlər təşkil etmək və video yaymaq üçün sosial mediadan istifadəni və internetə girişi məhdudlaşdırıb.

Etirazlar 2017-ci ilin sonlarından bəri baş vermiş ən ağır iğtişaşlar kimi görünür. 2017-ci ildə onlarla şəhər və qəsəbədə yoxsul yaşayış səviyyəsinə etiraz olaraq təşkil edilmiş nümayişlər zamanı 22 nəfərin öldürüldüyü qeyd edilir. İki il bundan öncə baş vermiş etirazlar zamanı da etirazçılar şiə müsəlman elitasının nümayəndələrini istefaya çağırmışdı.

Prezident Həsən Ruhaninin hökuməti benzinin qiymətinin artmasının 18 milyon ailəyə, o cümlədən azgəlirli 60 milyon iranlıya əlavə subsidiya üçün ildə 2.55 milyard dollar toplamaq niyyəti ilə edildiyini qeyd edib.

Ancaq bir çox iranlı hökumətin daha çox iş və investisiya yatırımları vədlərini pozan ABŞ sanksiyalarından da hirsli və ümidsiz olduqlarını dilə gətiriblər.

“Lazım gələrsə, xalqın əmin-amanlığını və təhlükəsizliyini pozmaq üçün davam edən hər hansı bir addıma qarşı qətiyyətli və inqilabi hərəkətə keçəcəyik”,- İranın əsas təhlükəsizlik qüvvəsi olan İnqilabi Keşikçilər bəyanatında qeyd edib.

Bazar günü Ali rəhbər Ayətullah Əli Xameney baş verən qarışıqlıqda müxalif qüvvələri və xarici düşmənləri günahlandırıb, ictimai mülklərə hücum edən etirazçıları “qarətçi” və “xuliqan” adlandırıb.

Bəzi iranlılar sosial mediada polisin etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə etdiyini göstərən video yayımlayıb. Görüntülər “Reuters” agentliyi tərəfindən təsdiqlənməyib. Hakimiyyət deyib ki, bir polis və bir mülki şəxs öldürülüb və 1000 iğtişaşçı həbs edilib.

Hökumət sözçüsü Ali Rabiei, televiziyada keçirilən mətbuat konfransında deyib: “Qiyamçılar bıçaq və silah istifadə edib … Bir sıra təhlükəsizlik qüvvələri və polislər öldürülüb və ya girov götürülüb”.

Keçən il Prezident Donald Trampın ABŞ-ı Tehranın dünya gücləri ilə bağladığı nüvə sazişindən çıxarması və sazişlə ləğv edilmiş sanksiyaları yenidən bərpa etməsi yerli iranlıların həyatına köklü təsir edib. Xalqın narazılığı İran milli valyutasının dəyərdən düşməsiylə daha da artıb. Çörək, düyü və digər məhsulların qiymətində artım yaranıb. Vaşinqton Tehrana daha əhəmiyyətli nüvə və təhlükəsizlik güzəştləri etməsi üçün maksimum təzyiq göstərir.

Paylaş:

Son Əlavələr

  • GÜNDƏM
  • MANŞET
  • XuralTAC

Ziya Məmmədovun qardaşı oğlu Biləcəridə küçəni bağladı-İNSANLARI DA TƏHQİR ETDİ!

"Biləcəri qəsəbəsinin Yəhya Hüseynov küçəsi, Finevi 61 ünvanında anormal hadisələr yaşanır. Buradan verilən əmrlə küçənin yolunu bağlayır, bizi saya salmırlar"…

2 İyul 2020
  • GÜNDƏM
  • XuralTAC

Dünyada 186 jurnalist koronavirus səbəbindən həyatını itirib

Son dörd ay ərzində 35 ölkədə azı 186 jurnalist koronavirus səbəbindən həyatını itirib. AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki,…

1 İyul 2020
  • GÜNDƏM
  • XuralTAC

Həkim Aydın Əliyev: “190 manat yardım alan şəxs testə görə 120 manatı necə ödəsin?”

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri, radioloq həkim Aydın Əliyev Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin…

1 İyul 2020
  • GÜNDƏM
  • MƏTBUAT
  • XuralTAC

AzTV-nin əməkdaşı koronavirusdan vəfat edib

AzTV dövlət telekanalının əməkdaşı Samir Nəcəfzadə koronavirus infeksiyasından vəfat edib. Bu barədə baş dövlət telekanalının mətbuat xidməti məlumat yayıb. O,…

1 İyul 2020
  • GÜNDƏM
  • XuralTAC

Daha 250 nəfər Dağıstanla sərhədi keçib

Rusiya hakimiyyəti Dağıstan-Azərbaycan sərhəddində səhra düşərgəsini daha bir ay saxlayacaq. Bu barədə Dağıstan rəhbəri Vladimir Vasilyev və Rusiya prezidenti Vladimir…

1 İyul 2020
  • GÜNDƏM
  • XuralTAC

Cinsi ayrı-seçkilik: 140 milyon “itirilmiş” qız…

BMT-nin Əhali Fondunun hazırladığı “Dünya Əhalisinin Vəziyyəti” adlı qlobal hesabatın builki sayı işıq üzü görüb. Xural.com xəbər verir ki, Fonddan…

1 İyul 2020
Xural.COM