İran koronavirusla mübarizəyə daha 95 milyon dollar ayırdı

İranda Tehran şəhərində yeni koronavirusla mübarizə komitəsinə 4 trilyon rial (təxminən 95,2 milyon dollar) vəsait ayrılıb.

Bunu İran Prezidentinin müavini, Plan və Büdcə Təşkilatının sədri Məhəmməd Baqir Nobəxt IRNA-ya açıqlamasında deyib.

M.Nobəxtin sözlərinə görə, ötən həftə də 5,3 trilyon rial (təxminən 126 milyon dollar) yeni koronavirusla mübarizə ilə əlaqədar milli komitəyə vəsait ayrılmışdı.

Nobəxt əlavə edib ki, ümumilikdə indiyə kimi koronavirusla mübarizəyə 13,5 trilyon rial (təxminən 321 milyon dollar) vəsait ayrılıb.

İran Prezidentinin müavini bildirib ki, hökumət virusla mübarizədə az təminatlı ailələr üçün dəstək paketləri nəzərdə tutub. Bununla əlaqədar 21 martadək vəsaitlər ödənəcək.

Trend xatırladır ki, İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi İranda ötən günədək (11 mart) 9 min nəfərin yeni koronavirusa yoluxduğunu, 354 nəfərin öldüyünü və təxminən 3 min nəfərin sağaldığını təsdiqləyib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button