İran Rusiyadan aldığı silahları nümayiş etdirib – FOTOLAR

S-300

Bu gün İran Ordu Günündə  keçirilən parad zamanı Rusiya istehsalı olan yeni hava hücumundan müdafiə sisteminin bir hissəsi nümayiş olunub. 

“İSNA” xəbər agentliyinin yaydığı fotolarda Tehranın cənubunda keçirilmiş hərbi parad zamanı S-300 raket sistemləri və radiolokasiya avadanlığı nümayiş etdirilib.

Prezident Həsən Ruhani deyib ki, bu silahlar müsəlman ölkələrini “terrorizm və İsrail”dən müdafiə etmək üçündür. O,  əlavə edib ki, qonşu ölkələr bu silahlara görə özlərini təhlükədə hiss etməməlidirlər.

O, çıxışı zamanı Suriya və İraqa özünü “İslam Dövləti” adlandıran qrupa qarşı mübarizə aparmaqda yardım göstərən İranın rolunu yüksək qiymətləndirib: “Əgər sabah sizə qarşı terror və ya sionizm təhlükəsi olarsa, İran İslam Respublikası sizə müsbət cavab verəcək”.

Rusiya ilə silahların alınmasına dair $ 800 milyonluq razılıq 2007-ci ildə imzalanıb, lakin 2010-cu ildə sanksiyalara görə dondurulub.

Prezident Vladimir Putin dondurulmuş müqaviləni bir il öncə bərpa edib.

Rusiyanın “TASS” agentliyinin məlumatına görə,  “Rostex” şirkəti  tərəfindən hazırlanmış S-300, təyyarə və raketləri vurmaq üçün və ya çoxsaylı hədəflərə qarşı istifadə oluna bilər. Onun 2014-cü ildən Rusiya Silahlı Qüvvələrinə təhvil verilmiş S-300V4 versiyası isə orta mənzilli raketləri vura, səsdən 5 dəfə tez sürətlə uça bilir. Qurğunun spektrı – 400 km-dir.

“BBC Azərbaycan”

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button