İran Şahı ilə qohum olduq!

Nərgiz Paşayevanın qızı İran Şahı Rza Pəhləvinin oğlu ilə ailə həyatı qurub?!

 XuralTAC Moskva Dövlət Universitetinin Bakı filialının rektoru Nərgiz Paşayevanın ailəsi ilə bağlı məlumat əldə edib. Məlumatda deyilir ki, xanım rektorun qızı İran Şahı Rza Şah Pəhləvinin nəvəsi ilə ailə həyatı qurub. “Demək olar ki, İran Şahı ilə qohum olmuşuq. Rza Şahın nəvəsi hazırda Amerikada yaşayır və ciddi iş adamıdır. Onun Azərbaycanda da böyük işləri var. O işlərdən biri Gədəbəy mis yataqlarıdır. Mis yataqları Pəhləvinin nəvəsi, Nərgiz xanımın kürəkəni tərəfindən işlənir və iş adamının Azərbaycana sevgisi sonsuzdur.”

İzdivacın bir neçə il bundan əvvəl baş tutduğunu deyən mənbə, sözlərinə onu da əlavə etdi ki, bu haqda Azərbaycan ictimaiyyəti məlumatlandırılmayıb.

Gec də olsa cütlüyü təbrik edir, onlara ailə həyatında uğurlar arzulayırıq.

XuralTAC

Xural” qəzeti,

İl: 9, sayı: 033 (441),28 avqust – 03 sentyabr 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button