İran və Suriya prezidentləri arasında telefon danışığı olub

İran və Suriya prezidentləri arasında telefon danışığı olub. Söhbət zamanı Suriyanın bombalanması məsələsi müzakirə edilib.

İRNA-nın məlumatına görə, Prezident Həsən Ruhani suriyalı həmkarı Bəşər Əsədlə telefon danışığı zamanı bildirib ki, rəsmi Tehran bundan sonra da Suriya hökumətini və xalqını dəstəkləyəcək.

Bəşər Əsəd isə deyib ki, bombardmanlara baxmayaraq Suriya hökuməti terrorla mübarizəni davam etdirəcək. Onun fikrincə, Yaxın Şərq ABŞ-ın nəzarətindən çıxıb. ABŞ bölgəni yenidən nəzarətinə qaytarmaq üçün Suriyanı bombalayır.

Bu arada isə Avropa İttifaq Rusiya və İrana müraciət edərək onlardan B.Əsədə kimyəvi silahdan istifadəyə son qoyması üçün təsir göstərməyi istəyiblər.

Xatırladaq ki, aprelin 11-də Suriyanın Şərqi Quta bölgəsində kimyəvi silahdan istifadə olunub. Nəticədə 40-dan çox uşaq zəhərli qazların təsiri ilə ölüb. Buna cavab olaraq ABŞ, Böyük Britaniya və Fransanın hərbi aviasiyası bu gün səhər Suriyanın hərbi obyektlərini bombardman edib ki, bu da Rusiya və İran tərəfindən etirazla qarşılanıb(azərtac).

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button