İran Valentin gününü qadağan etdi!

Keşiş Valentin

İranda bu günü qeyd edənlər barəsində tədbir görüləcək

İran İslam Respublikasında dünyanın bəzi ölkələrində Sevgililər günü kimi qeyd olunan 14 fevral tarixinin keçirilməsinə qadağa qoyulub. ANS PRESS-in “IRNA”ya istinadən verdiyi xəbərə görə, hökumətdən Mətbəə Sahibləri Birliyinə göndərilən sənəddə Valentin gününə dair xüsusi olaraq hər hansı bir məqalə dərc etməyin qadağan edildiyi bildirilib. Həmçinin, bu günlə bağlı üzərində ürək, gül şəkilləri olan plakat, qutu, açıqça dərc etməyin və paylamağın qadağan olunduğu və bu qadağanı pozanlar barəsində tədbir görüləcəyi qeyd olunub.
Xatırladaq ki, son 30 ildə ölkədə Qərb adətlərinin yayılmasının qrşısı alınsa da, Valentin günü ilə bağlı hər hansı bir məhdudiyyət tətbiq edilməmişdi. Hər il fevralın 14-də iranlı sevgililər bir-birilərinə hədiyyələr alaraq, birlikdə şam etməklə bu günü qeyd edirdilər.
Xüsusi qeyt etməkdə yarar var ki, Azərbaycan son 10 ildir ki, özünün sevgililər gününü qeyd edir və bu gün millətimizin əziz şəhidləri, 20 Yanvar 1990-cı ildə öz ömürlərini azadlığımız üçün qurban verən İlhamla Fərizənin vüsala qovuşduqları – 30 İyun günüdür! İlhamla Fərizə 1989-cu il iyun ayının 30-da dünya evinə girmiş, 1990-cı ilin Yanvar hadisələrində bir-birinin ardınca şəhidlik zirvəsinə çatmışdılar.
“Xural” qəzeti olaraq 2003-cü ildə 30 İyunun Sevgililər Günü olması təklifini irəli sürdük və bu təklifimiz millətimiz tərəfindən qəbul olundu.

XuralTAC

Əlaqəli məqalələr

1 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button