İran xəstəxanaları Azərbaycanı üstələyir?!

Aşıq Sərdar: «İran həkimlərindən çox razı qayıtdıq»

Elm və texnologiyanın inkişafı səhiyyə sahəsinə də öz müsbət təsirini göstərir. Həkimlərin yüksək peşəkarlıq nümayiş etdirməsi, insanları ölümün pəncəsindən qurtarması, sonsuzluğun süni yollarla aradan qaldırılması bu günün reallığında təəccüblü hadisə deyil. Son vaxtlar Azərbaycan xəstəxanalarında baş alıb gedən rüşvətxorluq və bir çox hallarda həkimlərin səhlənkarlığı və səriştəsizliyi vətəndaşların Cənubi Azərbaycan xəstəxanalarına pənah aparmasına səbəb olur. Ümumən İrandan Azərbaycana çox böyük razılıqla dönən vətəndaşlarımız İran həkimlərinin xüsusi fədakarlıqlarından ağızdolusu danışırlar. «Xural» qəzetinin daimi Oxucusu Aşıq Sərdar da belələrindəndir. Doğma övladının xəstəliyinin, çəkdiyi acının dərmanının Azərbaycan xəstəxanalarında tapılmadığını görən Aşıq Sərdar onu İrana aparmalı olub: «Hər dəfə bu ölkənin həkimləri haqda yüksək danışanda, əslində Azərbaycanda həkimlərin daha güclü olduğunu deyirdim. Lakin son günlər özümün başıma gətirilən hadisədən mənə aydın oldu ki, həqiqətən də İran həkimləri daha mərhəmətli, daha səriştəli, daha professional və daha çox Allah adamıdırlar. Onlar mənə qızımı sağ-salamat qaytardılar». Aşıq Sərdar «Madər» klinikasının baş həkimi Dr.Xanağa Pənahiyə, həkimlər Şükbə Pənahiyə, Əkram Pərvərişə, Fatimə Hüseynzadəyə, Şahnaz və Məhnaz bacılarına dərin minnətdarlığını bildirir: «Onlar olmasaydılar, tək qızımın yox, mənim də həyata olan inamım öləcəkdi. Sağ olsunlar, əllərindən gələni əsirgəmədilər. Bu gün də ayaqda durmağımıza səbəb həmin həkimlər oldu».

Oxucumuzun verdiyi məlumata görə, «Madər» klinikası ART-nın müxtəlif növləri, o cümlədən ŞQŞ, ZİFT, GiFT, İVF, İCSİ və diaqnostik müalicəvi laparoskopiya metodu ilə sonsuzluq problemlərini həll edir.

“Xural” qəzeti,

İl: 9, sayı: 021 (429), 05 – 11 iyun 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button