İran XİN-in sözçüsü: “Dövlət katibi Mayk Pompeo ABŞ-dakı acların dərdini çəksin”

“ABŞ İranın halına yanacaq mövqedə deyil. Dövlət katibi Mayk Pompeo ABŞ-dakı acların dərdini çəksin”.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi deyib.

O bildirib ki, “cənab Pompeoya yapışmayan yeganə şey İran xalqına dəstək verməsidir”: “İran xalqı ağıllı və dərrakəli xalqdır. Müxtəlif problemləri geridə qoyub, bu xalq bu mərhələni də keçəcək və öz problemlərini özü həll edəcək”.

Musəvi deyib ki, ABŞ dövləti İran xalqına ürək yandıracaq mövqedə deyil: “Onlar əgər çox narahatdırlarsa, Birləşmiş Ştatların müxtəlif bölgələrində ac olan onlarla milyon insanın, yoxsul və bomjların dərdini çəksin”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button